Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İmkan versinlər, Aİ-95 gətirim, 1 manat 25 qəpiyə satım...” - İqtisadçı

“Aİ-95 və Aİ-98 markalı benzinin qiymətini SOCAR qaldırır, çünki inhisarçıdır, bazara kimsəni buraxmır, qiyməti diqtə edir. Bu növ benzinin qalxmasının büdcəyə əlavə vəsait daxil olması ilə birbaşa əlaqəsi yoxdur, yəni SOCAR Aİ-95-in qiymətini 15 qəpik artırdısa, bu o demək deyil ki, həmin 15 qəpik büdcəyə gedir. Vəsait SOCAR-a daxil olur, inhisarçı monstr şirkət qazanır. SOCAR Aİ-95-in qiymət artımı, "dünyada benzin qiymətləri artır, biz isə idxalçıyıq, ona görə də qiyməti artırırıq" kimi absurd tezislə əsaslandırır. Birincisi, utansınlar ki, 170 il nefçıxartma tarixi olan ölkədə keyfiyyətli benzin istehsalı qura bilmirlər, ikincisi də yalan danışırlar. Ölkəyə gətirilən Aİ-95 markalı benzinin 72%-ini Rusiyadan alırlar, son 2 həftədə isə Rusiyada Aİ-95 markalı benzinin pərakəndə qiyməti 22 qəpik azalıb, bu gün Rusiyada pərakəndə satış qiyməti 49,76 rubldur, bu isə 1 manat 17 qəpik edir. Topdansatış qiyməti isə 10% daha ucuzdur, SOCAR topdansatış qiyməti və daimi müştəri endirimi ilə alır, deməli, Aİ-95 SOCAR-a, təqribən, 1 manat 5 qəpiyə başa gəlir, daşınma xərci hər litrə görə, maksimum, 2-3 qəpik təşkil edir. Deməli, SOCAR, ümumi həcmin 72%-i Rusiyadan 1 manat 7 qəpiyə alır, yaxşı, bəs bizə niyə 1 manat 60 qəpiyə satır?!”

PİA.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

Azərbaycan sərhədinə qədər litri 42,3 rubla Aİ-95 benzini tapdım, imkan versinlər, gətirim yanacaqdoldurma stansiyalarına 1 manat 25 qəpiyə satım, onlar da 5 qəpik üzərinə əlavə edib camaata 1 manat 30 qəpiyə satsınlar. Çox demirəm, ayda 10 vaqon gətirməyə imkan versinlər, gör heç edərlərmi?! Sən bazara heç kimi buraxma, rəqabət olmasın, bir şirkət bütün bazara qiymət diqtəsi etsin, sonra da bunun adını "biznes" qoy?! Adam heç bilmir ki, indi SOCAR-ın qərarverəni kimdir, kim məsuliyyət daşıyır?! Yaxşı, indi bu qiymət artımı ilə bağlı qərarı SOCAR-da kim verdi?! SOCAR prezidenti, ya Müşahidə Şurası?! Bəlkə İnvestisiya Holdinqi?!”. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar