Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Münhendə Qarabağdan danışdı: "Kür və Araz çaylarından Azərbaycana su təminatı kritikdir"


“Ermənistan işğal etdiyi beynəlxalq nəzarətdən kənar ərazilərimizdə qanunsuz faliyyətlər həyata keçirir”


Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizi iyirmi ildən artıqdır ki, erməni işğalı altındadır: “İnsanlarımızdan başqa, bundan təbiət də əziyyət çəkir. Beynəlxalq nəzarətdən kənar bu ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirilir. Xüsusilə meşə zolaqları qırılır. Çünki bu ərazi özünün qədim ağacları ilə məşhurdur. Ona görə də, onlar kommersiya məqsədləri üçün qırılır”.

Azərbaycan prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən böyük iqlim təhdidi odur ki, ölkəni su ilə təmin edən çayların əksəriyyəti qonşu ölkələrdən gəlir: “Araz çayı Ermənistan tərəfindən çirklənir və bu da bizim hamımız üçün təhlükədir. Bu çirkləndirməni dayandırmaq barədə müraciətlərə baxmayaraq, Ermənistan bu əməlini davam etdirir. Biz işğalı davam edən ölkə tərəfdən daha çox anlayışın olmasını istərdik. Yanvarda AŞPA Ermənistanın qonşu regionlara su təminatı zamanı problem yaratmasını pisləyən qətnamə qəbul edib. Dağlıq Qarabağın de-fakto Azərbaycanın nəzarətində olduğu zaman orada tikilən su anbarı sivil insanlara problem yaratmaq məqsədləri üçün istifadə edilir. Kür və Araz çaylarından Azərbaycana su təminatı kritikdir. Biz dağlarımızdan Bakıya su boruları çəkmişik. Ona görə də, qonşularımızdan asılılığımız azdır. Lakin yenə də, bu problem olaraq qalır. Ancaq eyni zamanda bizim Xəzər dənizi kimi böyük ehtiyatımız var. Biz Xəzər dənizinin suyundan ilkin olaraq irriqasiya, daha sonra içməli su kimi istifadə edilməsi üçün pilot layihəyə başlamağa hazırıq”.

Azərbaycan prezidenti bildirib ki, Azərbaycan qazlaşdırma siyasətini davam etdirir: “Bu gün biz elektrik enerjisi üçün qaz və sudan istifadə edirik. Bu bizim töhfəmizdir. Baxmayaraq ki Azərbaycanın Kioto protokolu qarşısında heç bir öhdəlikləri yoxdur. Bizim bu işə sadiqliyimiz böyükdür və müstəqilliyimizin bu illərində gördüyümüz işlər onu göstərir ki, biz bu sahədə etibarlı tərəfdaşıq”. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar