Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai fəal Prezident İlham Əliyevi məhkəməyə verdi – Azərbaycanda görünməmiş olay

“Facebookda məni blok etdiyinə görə prezident İlham Əliyevi məhkəməyə vermişəm”.

AzToday.az xəbər verir ki, bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, dünən ölkənin ən təcrübəli hakimlərindən biri məhkəməyə təyin olunub:

“Heç bir xüsusi siyasi maraq yoxdur, sırf iki tərəf kimi hüquqi müstəvidə dartışacağıq. Məncə, maraqlı olacaq.

Əsas arqumentlər bunlardır ki, prezidentin səhifəsi onun şəxsi profili deyil, dövlət hesabına saxlanan və kontenti dövlət hesabına formalaşan resursdur. Prezidentin təminatı da dövlət hesabına həyata keçirilir, səhifədə özünün fəaliyyəti ilə bağlı məlumatlar paylaşır, insanlara bu fəaliyyəti bəyənmək, müzakirə etmək imkanı verir.
Bir vətəndaşın Facebookda heç bir qayda pozmadığı (ölkədə bu barədə qanunun, səhifədə istifadə qaydalarının olmaması da başqa bir problemdir) halda kiminsə kefi istəyir deyə, siyasi baxışlarına görə blok edilməsi qanunsuz hesab edilməlidir.

Prezidentin səhifəsindən vətəndaşın blok edilməsi ifadə azadlığını pozur və siyasi baxışlarına görə kiminsə ölkə rəhbərinin səhifəsində blok edilməsi siyasi ayrı-seçkilikdir.

İfadə azadlığının məhdudlaşdırılması üçün qanuni, legitim və demokratik cəmiyyətlərdə zəruri olan əsaslar olmalıdır. Avropa Konvensiyasının 10-cu maddəsilə bağlı bir neçə işdə bu əsasların olub-olmaması test edilir. İşi daxili məhkəmələrdə həll edə bilməsək, 10-cu və 14-cü maddələrlə Avropa Məhkəməsinə göndərəcəyik.

Məhkəməyə müraciətdə məqsədim hüquq icmasında belə müzakirələrin açılması, artması və vətəndaşlar arasında kimliyindən asılı olmayaraq, hüquqları pozulduğu anda məhkəmələrə müraciətə təşviq etməkdir. Hüquqşünaslar öz arqumentlərini yaza bilərlər.

Hər halda maraqlı məhkəmə olacaq. Gözləyək, hazırlaşaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar