Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Himayədar ailənin götürəcəyi uşaq sayına məhdudiyyət qoyulmasının səbəbi açıqlanıb

Himayədar ailənin götürəcəyi uşaq sayına qoyulan məhdudiyyət məsələsinə aydınlıq gətirilib.

Poliqon.info-nun məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 3-də keçirilən iclasında səsləndirilən suallara cavabında bildirib ki, say məhdudiyyəti olmasa ailə evi müəssisəyə çevrilə bilər.

O diqqətə çatdırıb ki, himayədar ailə institutunun əsas məqsədi uşaqların müəssisələrə düşməsinin qarşısını almaqdır: “Biz himayədar ailəyə verilən uşaq sayını məhdudlaşdırmasaq, uşaq sayında artım ola bilər. Misal olaraq, bir ailə 10-15 uşaq himayəyə götürmək istəyə bilər. Bu da faktiki olaraq ailənin müəssisəyə çevrilməsinə gətirib çıxaracaq. Bununla da ana hədəfimizdən yayınmış olacağıq. Yenə də uşağı ailə mühitində böyüdə bilməyəcəyik”.

Nazir müavini qeyd edib ki, himayədar ailəyə verilən uşaqların əlavə idman və digər fəaliyyət növlərinə cəlb olunması maraqlı ideyadır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə böyük rolu olacaq. Valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqlarını maksimal şəkildə sosial tədbirlərə cəlb etməyə çalışırıq”.

V.Nəsirli himayədar ailədə olan uşaqların 18 yaşdan sonrakı aqibəti ilə bağlı məsələyə də aydınlıq gətirib. O söyləyib ki, bu gün qanunvericiliyə uyğun olaraq valideyn himayəsindən məhrum olan 18 yaşdan yuxarı şəxslər nazirlik tərəfindən mənzillərlə təmin olunur

“Hətta məndə olan məlumata görə, valideyn himayəsindən məhrum olan və 18 yaşa çatmış gənclərin hamısı mənzilə təmin etmişik. Proqram davamlı xarakter daşıyır”, - o vurğulayıb.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev kimdir? – Dosye

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Zavoddakı faciədə həyatını itirən Turalın qonşusu: “Ev aldığı üçün sevinirdi” - Video

Xaçmazda məktəbli sinif yoldaşını bıçaqlayıb - Yenilənib

Kredit borcuna görə bankların "qara siyahı"sından necə çıxmaq olar?

Çinin Ukrayna ilə bağlı təşəbbüsünü 20-dən çox ölkə dəstəkləyib

Ağdamda qızlarını döyüb qətlə yetirməkdə şübhəli bilinən valideynlərin məhkəməsi başlayır

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb

Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Ən çox oxunanalar