Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev "The Washington Times"də məqalə yazdı, ermənilər həşir saldı

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "The Washington Times" qəzetində məqalə ilə çıxış edib.

Ermənistan mətbuatı həmin məqaləni Ermənistana qarşı “üstüörtülü şantaj” kimi dəyərləndirib. Ermənistanın “news.am” saytı sözügedən məqalədə Hikmət Hacıyevin vurğuladığı bəzi məqamlara diqqət çəkib: “Zəngəzur dəhlizinin - Azərbaycanı Ermənistanla birləşdirən dəmir yolu və avtomobil yolunun yenidən açılması həm ölkələrimiz, həm də bütövlükdə bölgə üçün yeni iqtisadi imkanlar yaradacaq”.

Ermənistanın ərazisindən keçmək mümkün olduqda Azərbaycanın eksklav ərazisi Naxçıvanın təcridinə son qoyulacaq. Ermənistanın paytaxtı İrəvan quru yolu ilə Moskva və digər paytaxtlarla Azərbaycan üzərindən əlaqə yarada biləcək. Ümid edirik ki, bu bölgədəki transformasiya prosesində 1992-ci ildə Fransa, RusiyaABŞ-ın həmsədrliyi altında yaradılan vasitəçilik orqanı olan Minsk Qrupu keçmişin deyil, gələcəyin bir hissəsi ola biləcək”.

Bəs ermənilərin “üstüörtülü şantaj” kimi dəyərləndirdikləri nədir? Onlar bu yazıdakı hansı fikrə etiraz edirlər? Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” (koridoru) ifadəsi erməniləri hövsələdən çıxarır. Sözügedən sayt yazır ki, üçtərəfli anlaşmada söhbət hansısa koridorun açılmasından yox, bütövlükdə kommunikasiya xətlərinin açılmasından gedir. “Hikmət Hacıyevin məntiqinə söykənib Ermənistanı Azərbaycan üzərindən Rusiyaya birləşdirəcək xətti biz də “Tovuz korridoru” adlandırmalıyıq”.

Əlbəttə, ermənilərin narahatlığının səbəbi aydındır. Beynəlxalq ələmdə “Zəngəzur koridoru” ifadəsinin yayğınlaşması Ermənistan üçün məqbul deyil. Çünki Zəngəzur ifadəsi həmin ərazilərin tarixən Azərbaycana məxsus olmasından xəbər verir. (musavat.com)

Hikmət Hacıyevin məqaləsinin orijinal variantı burada.

Azərbaycan dilində oxumaq üçün isə buraya klikləyin.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Yalçın Rəfiyev SBM komissiyasının iclasında çıxış edib

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Ən çox oxunanalar