Şənbə, 22 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS-ın hərbi qanadı ləğv edilə bilər...

Fələstin dövləti yaradılarsa, HƏMAS hərbi qanadını ləğv edəcək...

Fələstinin HƏMAS hərəkatı Fələstinin dövlətçiliyi təmin olunarsa, İsraillə beş il və ya daha çox müddətə uzunmüddətli atəşkəsə razılaşmağa və hərbi qanadını ləğv etməyə hazırdır.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi HƏMAS-ın yüksək rütbəli rəsmisi Xəlil əl-Hayyaya istinadən məlumat yayıb.

“HƏMAS hərəkatı İsraillə beş il və ya daha çox müddətə atəşkəsə razılaşmağa hazırdır və 1967-ci ildən əvvəl mövcud sərhədlərdə müstəqil Fələstin Dövləti yaradılarsa, təşkilst silahlarını yerə qoyub siyasi partiyaya çevriləcək”, deyə mesajda bildirilir.

AP qeyd edir ki, hərəkatın yüksək rütbəli rəsmisinin müvafiq bəyanatı “İsrailin məhv edilməsinə rəsmən sadiq olan silahlı qruplaşmanın əhəmiyyətli güzəşti” ola bilər. Eyni zamanda, nəşr Xəlil əl-Həyyanın təklif etdiyi variantı çətin reallaşan bir proses hesab edir, çünki İsrail HƏMAS-ı darmadağın edəcəyinə söz verib.

Qeyd edək ki, Əl-Həyya bundan əvvəl bəyan etmişdi ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının hərbi potensialının 20%-dən çoxunu məhv edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni parlamentə yol tapa bilməyən köhnə deputatlar... - Siyahı

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - Yenilənib

Fransa ordu göndərərsə, bu faktor Ermənistanın təhlükəsizliyini təmin edə bilər?

İrəvanda polis Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə edib - Video, Yenilənib

Politoloq: Yeni dünya düzənin bir qütbü də məhz Türk Dövlətlərinin Hərbi İttifaqı olacaq...

Qanazlığı olan insanlar nələrə diqqət etməlidirlər?

Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - Yenilənib

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimə iki dəfə artırılır

Paşinyanın sülh müqaviləsi ilə bağlı yeni “oyun”u...

Prezident və birinci xanım Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar

Fransa Azərbaycan siyasətini korrektə etmək istəmir, əksinə düşmən mövqeyini daha da gücləndirir...

Ən çox oxunanalar