Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdən çıxan Əli Əliyev haradadır?

“Mənim kimi adamlar siyasətdən birdəfəlik getmir”...

Poliqon bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında fəaliyyəti dayandırılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. O, bütün siyasi prosesləri izlədiyini bildirib:

“Bir müddət belə lazımdır. Amma bu o demək deyil ki, siyasətdən getmişəm, əsla. Lazım olan vaxtlarda yenə də proseslərdə olacağıq”.

“Növbədənkənar parlament seçkiləri keçirilsə, namizdəliyinizi irəli sürəcəksinizmi” sualına Əli Əliyev belə cavab verib:

“Bu barədə danışmaq tezdir. Mən bütün partiya üzvləri ilə sıx təmasdayam. Lazım gələndə mövqeyimi açıqlayacağam”.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb. İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Əli Əliyev Prezident İlham Əliyev mayın 8-də imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Poliqon.info


Etiket: Əli Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Ən çox oxunanalar