Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda müxalifətçilər kütləvi davaya görə 740 dollar cərimə olunub

Tbilisi Şəhər Məhkəməsi müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Nika Melia, partiyanın üzvü Baço Dolidze və paytaxt şəhər məclisinin deputatı Zviad Kupravanı 2 min lari (təxminən 740 dollar) məbləğində cərimələyib...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb. Müxalifətçilər hüquq-mühafizə orqanları ilə kütləvi davada ittiham olunur.

Hakim Natia Buskadze üç siyasətçini xırda xuliqanlıqda və polisin əmrinə tabe olmamaqda təqsirli bilib. Onun hökmünə əsasən, Melia, Dolidze və Kuprava hər biri 2 min lari ödəməlidir.

Sentyabrda Tbilisinin Qldani rayonunda Vahid Milli Hərəkatdan olan şəhər məclisinin deputatı İrakli Edzqviradze evinin yaxınlığında döyülüb. Hadisədən sonra ora gələn digər müxalifət nümayəndələri yerli sakinlər və polislə mübahisə edib. Hadisə kütləvi davaya çevrilib, nəticədə Melia, Dolidze və Kuprava saxlanılıb.

Bundan əvvəl Gürcüstan parlamentində parlament çoxluğundan olan deputatlarla müxalifət partiyalarının nümayəndələri arasında münaqişə baş verib. Şifahi mübahisə davaya çevrilib. İnsident Gürcüstan parlamentinin binasının foyesində Milli Bankın sanksiyaya məruz qalmış sabiq baş prokuror Otar Partsxaladzeyə ölkədə maliyyə əməliyyatlarına icazə verilməsi ilə bağlı yeni qərarı ilə bağlı məsələnin müzakirəsi zamanı baş verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar