Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Prezidenti: “Vəzifəmdən getməyəcəm, sonadək mübarizə aparacam”

Bu gün mənim qəlbim qırıldı, baxmayaraq ki, bu ölkədə artıq heç nə məni təəccübləndirmir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zuraabişvili Konstitusiya Məhkəməsinin hakim “Gürcü Arzusu” partiyasının Prezidentin impiçmenti ilə bağlı təqdimatına müsbət rəy verməsinə münasibət bildirərkən deyib.

Dövlət başçısı ölkə telekanalları ilə yayımlanan bəyanatında məhkəmənin gəldiyi nəticəni imzalayan hakimlərin utanmalı olduqlarını deyib.

“Bu praktiki olaraq bütün müstəqil qurumların artıq təhrif edildiyi və ölkədə biri - Prezident istisna olmaqla müstəqil qurumun saxlanılmadığı indiki vaxtda bu qərar ölkəyə böyük zərərdir… Mən bizim avropalı və demokratik gələcəyimiz naminə heç bir yerə getmirəm, istefa verməyəcəm, olduğum yerdə qalacağam. Bu gün avropalı gələcəyimiz və demokratiya eyni daşla vuruldu. Hakimiyyət qolları arasında balans olmayan ölkələr demokratik hesab edilə bilməzlər”, - deyə Prezident bildirib.

Salome Zurabişvili impiçment səsverməsi zamanı parlamentə gedəcəyini qeyd edib.

Müxalifəti iclas zamanı parlamentin müzakirə zalında iştirak etməməyə çağıran Prezident sonadək mübarizə aparacağını vurğulayıb.

Xatırladaq ki, bu gün Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı Prezidentin hökumətdən icazəsiz Avropa ölkələrinə səfərlər edərək konstitusiyanı pozduğu qənaətinə gəlib və “Gürcü Arzusu”nun başlatdığı impiçment proseduruna müsbət rəy verib. Proses bundan sonra Gürcüstan parlamentində davam etdiriləcək vəs səsvermə keçiriləcək. Prezidentin impiçmenti üçün parlamentin 100 deputatının dəstəyinə ehtiyac var, lakin hakim partiya hazırda 84 deputata malikdir. Artıq əsas müxalifət partiyaları Prezidentin impiçmentini dəstəkləməyəcəklərini bəyan ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

Ən çox oxunanalar