Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Goranboyda müxtəlif cinayətləri törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb - Foto

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar, profilaktiki tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərərvurma və digər cinayətlər törədən ümumilikdə 15 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən dördü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.

Həmçinin, qeyd edilən dövr ərzində rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən üç, evlərdən və mağazalardan altı min manat dəyərində nağd pul və əşya oğurlamaqda şübhəli bilinən iki, qəsdən sağlamlığa zərər vuran bir, qanunsuz ov edən bir, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən dörd nəfər saxlanılaraq istintaqa təqdim olunub.

Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri müvafiq profilaktiki tədbirlər nəticəsində beş nəfər rayon sakini ikisi döyüş təyinatlı silah olmaqla müvafiq sənədləri olmayan, müxtəlif marka və çaplı ov silahlarını polisə könüllü təhvil veriblər. Bu istiqamətdə davam etdirilən tədbirlər nəticəsində rayon ərazisində iki ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd həmin silaha aid daraq və 112 ədəd 7,62 mm-lik patron aşkar edilərək götürülüb.

Aşkar edilən bütün faktlarla əlaqədar Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar