Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli rayonu ərazisində qəbiristanlıqda tələ-minası aşkar edilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ-minaları, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir...

Belə ki, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında 1 ədəd TM-62M tank əleyhinə minasının üzərinə 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə PMN-Э minasının, eləcə də partlayış gücünün artırılması məqsədilə qeyd olunan iki minanın arasına TNT (partlayıcı) yerləşdirilməsi faktına rast gəlinib.
Qeyd edək ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalar, həmçinin yüksək tərkibli partlayıcıdan ibarət üst-üstə qoyulan tələ-minası mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

Agentlik tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı mülki təyinatlı sahələrdə və ətraf ərazilərində dəfələrlə rast gəlinən bu kimi tələ-minaların quraşdılırması dinc əhaliyə, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.

Müharibədən sonrakı dövrdə 180 mina insidentindən 128-i keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Cari ilin 18 avqust tarixinədək baş verən mina hadisələrində zərərçəkən 303 nəfərdən 217-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb.
Qeyd olunmuş faktları nəzərə alaraq, ANAMA bir daha vətəndaşlara müraciət edərək təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa çağırır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Ermənistanda rus dilinə yaşıl işıq... - Rusiyanın könlünü almaq istəyirlər?

MSK sədri: ATƏT/DTİHB-in seçkilərin keçirilməsini irəli aparan təklifi olsa, biz buna açığıq

Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb - Yenilənib

Ən çox oxunanalar