Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransızlar “Qarabağ”la oyunun hazırlığına başlayıblar

“Nant” futbol klubunun azarkeşləri “Qarabağ”la oyununun hazırlıqlarına başlayıblar...

Qol.az xəbər verir ki, artıq yerli fan-klub nümayəndələri bununla əlaqədar öz üzvlərinə müraciət də ediblər. Fransanın actu.fr saytının yazdığına görə, oyunu izləyənlər arasında komandanın, daha doğrusu, “Nant”ın futbolçusu Kventin Merlinin fan-klubu da olacaq. Bu fan-klub Nantın 49 km. qərbindəki Pornik adlı kiçik şəhərdə yerləşir. Adətən onun üzvləri “Le Pronostic” adlı barda toplaşır.

Onlar oyunlara səfəri avtobusla təşkil edirlər. Gələn həftə, oktyabrın 27-də qrup üzvləri “Qarabağ”la Avropa Liqasının qrup mərhələsinin görüşü üçün də tur təşkil edəcəklər. Bununla bağlı kiçik elan lövhəsi də hazırlanıb. Turun qiyməti 47 və 54 avro təşkil edir. Bura avtobus bileti, oyuna bilet və yüngül qidalar daxildir.

Xatırladaq ki, “Nant” Bakıdakı matçda “Qarabağ”a 0:3 hesabı ilə uduzub. Hazırda komandanın 4 oyundan 3 xalı var və Avropa kuboklarında (ən azı Konfrans Liqasında) mübarizəni davam etdirmək baxımından fransızlara xal hava və su kimi lazımdır. 7 xalı olan “Qarabağ” isə 1 xal qazanacağı halda Avropa Liqasının 1/16 finalına vəsiqəni təmin edəcək.

Xatırladaq ki, Ağdam təmsilçisi son iki turun nəticəsindən asılı olmayaraq, Konfrans Liqasının pley-off mərhələsində oynamaq hüququ qazanıb. Lakin klubun hədəfi mübarizəni reytinqcə daha üstün olan Avropa Liqasında davam etdirməkdir.

pia.az


Etiket: Qarabağ Nant


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar