Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Priqojinin adamına qarşı Afrikada sui-qəsd təşkil edib?

“Vaqner Qrupu” ilə çalışmaqda şübhəli bilinən rusiyalı iş adamı Dmitri Sıtıy Mərkəzi Afrikada sui-qəsd nəticəsində yaralanıb…

Vladimir Putinə yaxın olan Yevgeni Priqojin tərəfindən yaradılmış “Vaqner Qrupu” ilə əlaqəyə görə ABŞ-ın sanksiyaları altında olan Yevgeni Priqojinin yaxın müttəfiqi olduğu güman edilən rusiyalı iş adamı Dmitri Sıtıy sui-qəsd cəhdindən sonra Mərkəzi Afrika Respublikasında (MAR) xəstəxanaya yerləşdirilib.

PİA.az xəbər verir ki, bu barədə “RİA novosti” Rusia səfirliyinə istinadən xəbər verib.

MAR-ın paytaxtı Banqidə rəsmi olaraq “Rus evi” mədəniyyət mərkəzinin rəhbəri vəzifəsində çalışan Dmitri Sıtıya qarşı 2020-ci ilin sentyabrında ABŞ tərəfindən sanksiyalar tətbiq etmişdi. O, qeyr-sabitliyin hökm sürdüyü ölkədə üsyançılarla mübarizə aparmaq üçün döyüşən 1000-dən artıq muzdlu ordu saxlayan “Vaner qrupu”ilə əlaqədə ittiham olunur.

Rusiyanın Banqidəki səfirliyi sui-qəsd cəhdi ilə bağlı dərhal açıqlama verməyib.

Rusiyanın Afrikada son vaxtlar gördüyü işlərə rəhbərlik edən, ABŞ sanksiyaları altında olan rus oliqarxı Priqojin cümə günü dərc etdirdiyi bəyanatında bildirib ki, Sıtıy içində partlayıcı olan poçt bağlaması alıb və “bağlama” onun əlində partlayıb.

“Hazırda Dmitri Sıtıyın vəziyyəti stabildir. Rus həkimlər Bangi xəstəxanasında onu xilas etmək üçün mümkün olan hər şeyi edirlər", deyən Priqojin, Sıtıyı "Rusiya və Mərkəzi Afrika Respublikasının vətənpərvəri" kimi xarakterizə edib. Bəyanat Concord adlı iaşə şirkəti tərəfindən dərc edilib.

Priqojin sübut təqdim etmədən sui-qəsdin Fransadan koordinasiya edildiyini iddia edib:

“Mən artıq Rusiyanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamışam ki, Fransanın terrorizmi himayə edən dövlət elan edilməsinə dair prosedura, həmçinin Fransanın və onun müttəfiqi olan ABŞ-ın, eləcə də, digər Qərb müttəfiqlərinin terror üsullarının hərtərəfli araşdırılmasına başlansın”, deyə bildirib.

Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq hadisə ilə hər hansı bir əlaqələrinin olduğunu təkzib edib.

Qeyd edək ki, Rusiya və Fransa Afrikada qızıl və digır qiymətli mədənlərin talan edilməsi uğrunda qanlı mübarizə aparırlar.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın hökumət nümayəndə heyəti Raisi helikopterinin sərt eniş etdiyi yerə gedib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Ferstappen Emiliya-Romanya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib - Foto

Ən çox oxunanalar