Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Çinlə Qarabağı müzakirə edib... - Paris Pekinə təsir edə bilər?..

Fransanın xarici işlər naziri Ketrin Kolonnayın çinli həmkarı Van İ arasında telefon danışığı zamanı Qarabağı da müzakirə etdiyi xəbəri yayılıb...

Politoloq: “Hal-hazırda Rusiya, Fransa və ya ərəb ölkələrinin Çinlə dünyanın bir sıra nöqtələrindəki vəziyyətlə əlaqəli müzakirələr aparması halı təbiidir”.

“Çin üçün belə xırda və əhəmiyyətsiz məsələlər Azərbaycanla az qala strateji səviyyədə olan münasibətlərin korlanmasına gətirəcək addımlar atmasına səbəb olmaz”.

Bu sözləri politoloq Azər Qasımov Fransa və Çinin xarici işlər nazirlərinin Qarabağı müzakirə etmələrini Poliqon-a şərh edərkən qeyd edib.

Fransanın xarici işlər naziri Ketrin Kolonnayın çinli həmkarı Van İ arasında telefon danışığı zamanı Ukrayna və Nigerdəki vəziyyətlə yanaşı Qarabağı da müzakirə etdiyi xəbəri yayılıb.

Fransanın Çinlə Qarabağla bağlı müzakirələr aparmasını necə dəyərləndirmək olar? Parisin bu canfəşanlığı ümumilikdə Azərbaycan-Ermənistan münasibətlərindəki gərginliyə necə təsir edir və Fransanın Çinə təsir etmək cəhdləri Pekində hansısa effekt yarada bilərmi?

Fransanın Qarabağ canfəşanlığını Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Fransa Ermənistanın qəti şəkildə məhv olmasına qərar verib, amma bunu onların özləri də anlamır”.

Çinlə Qarabağla bağlı müzakirə etməsinin özü Fransanın bu məsələdə olan təsir gücünün yox səviyyəsində olduğunun göstəricisi olduğunu vurğulayan politoloq Poliqin-a bildirib ki, Fransa Ermənistanı düşdüyü çuxurdan çıxarmağa çalışır, amma Ermənistan daha da dərinə batır:

“Hal-hazırda Rusiya, Fransa və ya ərəb ölkələrinin Çinlə dünyanın bir sıra nöqtələrindəki vəziyyətlə əlaqəli müzakirələr aparması halı təbiidir. Çinin iqtisadi güc kimi artan nüfuzu artıq siyasi güc mərkəzi olması faktını da getdikcə gücləndirir. Görünən odur ki, bu faktı digər ölkələr də qəbul edir. Dünyanın qaynar nöqtələrində Çinin təsir gücünü bilavasitə olmasa da, onun münaqişələrin tərəflərindən çox münaqişələrin yaradıcısı rolunda iştirak edən ölkələrə təsir imkanları baxımından xarakterizə etmək lazımdır. Çinin Qarabağ probleminə münasibəti BMT-nin TŞ-nın son keçirilən toplantısında göründü. Qısa şəkildə ümumi sözlərlə fikir bildirən Çin nümayəndəsi problemə olan soyuq münasibəti nümayiş etdirdi.

Çinin Azərbaycanda olan iqtisadi maraqları və tranzit yollarını Azərbaycanın ayaqları hesab etmək olar ki, Çin-Azərbaycan münasibətlərində ən azı Ermənistana görə problem yaradacaq addımlar atmağa imkan verməz. Fransa Ermənistanın hamisi kimi BMT-nin daimi üzvü olan Çindən Azərbaycana hansısa şəkildə təzyiq etməsini istəyə bilər, yəni Laçın yolunun onların təqdim etdiyi kimi guya bağlı olması səbəbindən açılması barəsində. Amma hesab edirəm ki, Çin üçün belə xırda və əhəmiyyətsiz məsələlər Azərbaycanla az qala strateji səviyyədə olan münasibətlərin korlanmasına gətirəcək addımlar atmasına səbəb olmaz.

Fransa isə bu hərəkəti ilə aciz durumda olduğunu isbat edir. Çinlə Qarabağla bağlı müzakirə etməsinin özü Fransanın bu məsələdə olan təsir gücünün yox səviyyəsində olduğunu göstərir. Fransa çox çalışır ki, Ermənistanı düşdüyü çuxurdan çıxarsın, amma Ermənistan daha da dərinə batır. Görünən odur ki, Fransa Ermənistanın qəti şəkildə məhv olmasına qərar verib, amma bunu onların özləri də anlamır. Bunlar başa düşmürlər ki, Azərbaycanla yaxşı münasibət qurmaqdan başqa bütün yollar onların əleyhinə işləyir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar