Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərid Qayıbov yeddi yaşlı uşağın məşq zamanı ölümündən danışdı

İdmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi yönündə işlər aparılır...

“Məşqçilərin lisenziyalaşdırması ilə bağlı federasiyalarla daim görüşürük”.

“Report” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

Nazir tanınmış samboçu Mehman Xəlilovun bu yaxınlarda Sumqayıtda məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək, onun ölümünə səbəb olmasına münasibət bildirib. O, hadisəyə görə təəssüf hissi keçirdiyini söyləyib:

“Baş verən hadisə hamımızı şoka saldı. Vəfat edən yeniyetmənin ailəsinə başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik”.

Fərid Qayıbov əlavə edib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir:

“Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımırlar. Bununla mübarizə aparırıq”.

Gənclər və idman naziri vurğulayıb ki, idmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi yönündə işlər aparılır:

“İnsanlar artıq bir yerdən daxil olaraq, həm idmançılar, həm məşqçilər, həm də hakimlər haqda məlumat əldə edə biləcəklər. Həmin sistemə məlumatları əlavə etmək bir az vaxt tələb edir”.

Qeyd edək ki, məşq zamanı azyaşlının ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Ən çox oxunanalar