Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafadan Jirinovskiyə: "Belə məntiq ola bilməz axı?!"

"Çalışmaq lazımdır ki, həmin problem və ya problemlər öz həllini tapsın"

“Vladimir Jirinovski kimi düşünənlər, o “düşüncə”də olanlar Rusiyada az deyil. Yəni, o “düşüncə”də olanlar az qala belə hesab edirlər ki, bütün dünya, Antarktida onlara birləşdirilməlidir, “fikirləşirlər” ki, harada boş torpaq, ərazi varsa, niyə də boş qalsın, elə onlara birləşdirilsin. Amma çox məntiqsiz və əsassız yanaşmadır, düşüncədir”.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovskinin həll olunmamış regional münaqişələr, o cümlədən, Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, harada hər hansı bir problem, ərazi münaqişəsi varsa və həmin məsələ həll olunmayıbsa, bu, o demək deyil ki, o, başqasına birləşdirilməlidir.

“Harada problem, ərazi münaqişəsi varsa və o, bu və ya digər səbəbdən çözülməyibsə, o zaman onu həll etmək etmək lazımdır. Çalışmaq lazımdır ki, həmin problem və ya problemlər öz həllini tapsın. Yoxsa, tutaq ki, Çində problem varsa, onu başqasına birləşdirmək lazımdır və ya İranda problem varsa, onun başqasına vermək lazımdır, belə məntiq ola bilməz axı?!

Jirinovskinin “təklif”i bir az da təxribat xarakterlidir və ona baş qoşmaq lazım deyil.

Qarabağa gəlincə, o, əzəli-əbədi, tarixi Azərbaycan torpağıdır və nəhayət, bir gün gələcək, Azərbaycan orada öz suveren hüquqlarını tam bərpa edəcək”. - deyə F.Mustafa əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar