Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fastfud uşaqlarda hansı xəstəliklərə yol açır? - Açıqlama

“Qərb mətbəxinin fastfudlarının bizim mətbəxə daxil olması mədə-bağırsaq xəstəliklərinin artmasına gətirib çıxarıb”...

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib. 

“Onların qidalara qatdıqları dadlandırıcılar uşaqlarda həmin yeməklərə qarşı istək yaradır. Lakin xüsusilə yetkinlik yaşına çatmayanlar üçün bu qidalar zərərlidir. Ona görə də 0-18 yaş uşaqlar arasında həzm sistemi xəstəlikləri artmağa doğru gedir. 2011-ci ildə həzm sistemi xəstəliklərindən 47 769 nəfər əziyyət çəkirdisə, 2021-ci ildə bu say 59 863 nəfər olub”.

Mütəxəssis vurğulayıb ki, uşaqlar il ərzində bir dəfə mütləq “check-up” müayinədən keçməlidirlər:

“Həzm sistemi xəstəlikləri arasında geniş yayılanlardan biri piylənmədir. 2011-ci ildə 0-17 yaş arası 357 nəfər piylənmə ilə bağlı qeydiyyata alınıb, 2021-ci ildə bu rəqəm 637 olub. Qızlar arasında piylənmə 4,4 faiz, oğlanlar arasında isə 5,3 faizdir. Bütün bunlar Qərb mətbəxinin bizim müasir həyatımızda geniş yer almasından qaynaqlanır. Hazırda gənclər arasında artıq çəkidən əziyyət çəkənlər çoxdur. Həmçinin şəkərli diabet xəstəliyi də getdikcə artır. Səbəb də düzgün qidalanmamaqdır”.

pia.az 


Etiket: Fastfud


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay