Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Famil Mustafayev kimdir? – Üç ildir boş qalan post

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Famil Front oğlu Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi barədə sərəncam imzalayıb

PİA.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Famil Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda dünyaya gəlib. 1983-cü ildə Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. 1984-1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə, 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti

1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində "Siyasi iqtisad” kafedrasında müəllim,

1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini,

1994–1996-cı illərdə "Azərbaycan İnvestisiya Şirkəti” SC-nin vitse-prezidenti, prezidenti,

1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti,

1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti,

2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi,

2004–2015-ci illərdə "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini,

2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri,

2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələrində işləyib.

2004-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professor vəzifəsində çalışır.

2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü,

2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat və hüquq” elmləri üzrə ekspert şurasının sədri,

2013–2018-ci illərdə "İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədri olmuşdur.

2017-ci ilin sentyabr ayından hal-hazıradək Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədridir.

2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvü olmuşdur.

2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini vəzifəsinə təyin edili. İndiyədək sədr vəzifələrini icra edirdi.

Elmi fəaliyyəti

1998-ci ildə "Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini alıb.

2010-cu ildə "Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını alıb.

60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.

Ailəlidir, iki övladı var.

Xatırladaq ki, Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev 2016-cı ildə vəfat edəndən qurumun sədri vəzifəsi boş idi. Sədr səlahiyyətlərini ötən ilin oktyabrına kimi AMEA-nın müxbir üzvü, qurumun sədr müavini Vəli Hüseynov rəhbərlik edib. Vəli Hüseynov quruma rəhbərlik etdiyi dövrdə yol verdiyi ciddi qanunsuzluqara görə işdən kənarlaşdırılıb.

Həmin vaxt Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev AAK-a sədr müavini təyin olunub və bu vaxta kimi sədr səlahiyyətlərini icra edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar