Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eynulla Fətullayev Kəlbəcərdə, Zod aşırımında düşmən əsgərlərini danışdırdı

Haqqin.az və virtualaz.org saytlarının rəhbəri, hazırda işğaldan azad edilmiş ərazilərdə ezamiyyətdə olan jurnalist Eynulla Fətullayev bu gün Kəlbəcərdə, Zod aşırımında olub. Və orada, sərhəddə dayanan düşmən əsgərlərini danışdırıb.

Onun bildirdiyinə görə, Azərbaycan Ordusunun blok-postu ilə Ermənistan ordusunun blok-postu arasında məsafə təxminən 20 metr təşkil edir. Və Zod qızıl yatağı hazırda demək olar ki, bütünlüklə ordumuzun nəzarəti altındadır.

“Yataqda illərdir qanunsuz hasilat işləri aparan “GeoProMining” şirkətinin bütün texnikası, qızıl zavodunun tikililəri Azərbaycan Ordusunun nəzarəti altındadır. Əsgərlərimiz Azərbaycanın dövlət sərhədinin bərpasını tam təmin edib və burada qurulan blok-postda keşik çəkir. Ermənistan ordusunun blok-postu isə lap yaxınlıqda yerləşir. Kəlbəcərin füsunkar təbiətini seyr etməklə doymaq olmur, hazırda burada yüngül şaxta var, təxminən 2-3 dərəcə. Amma şaxtaya baxmayaraq hava çox mülayimdir”,-E.Fətullayev bildirib. O, Zod aşırımından çəkdiyi fotoşəkilləri də operativ olaraq redaksiyamıza göndərib.

E.Fətullayev deyir ki, jurnalist marağı ona üstün gəlib və Azərbaycan Ordusunun blok-postundan qarşı tərəfdə dayanan düşmən əsgərlərini səsləyib. “Rus dilində onları səslədim, “bura gəlin” dedim. Çox keçmədən bir qrup erməni əsgəri bizim postumuza tərəf gəldi, jurnalist olduğumu, Bakıdan gəldiyimi dedim. Onlara bir-iki sual da verdim. “Erməni KİV-ləri və sosial şəbəkələri neçə gündür burada hansısa qarşıdurmaların yaşandığını yazır, bu doğrudurmu” deyə onlardan soruşdum. Cavab verdilər ki, bu yalandır, heç bir qarşıdurma yoxdur və məsələ yoluna qoyulub”,-E.Fətullayev bildirib. O, əlavə edib ki, Ermənistan əsgərləri dövlət sərhədinin digər tərəfində, yəni öz ərazilərində keşik çəkirlər.

Xatırladaq ki, Ermənistan 10 noyabr üçtərəfli razılaşmasına əsasən Kəlbəcəri noyabrın 25-də boşaldıb, rayon Azərbaycan Ordusunun nəzarətinə keçib. Ermənilər Kəlbəcəri boşaldandan sonra Zod qızıl mədənini öz nəzarətində saxlamaq məqsədi ilə sərhədin bu hissəsində Azərbaycan ərazilərinin təxminən 1.5 kilometr içərilərinə doğru darvaza qoymuşdular və yolu bağlamışdılar. Lakin Azərbaycan Ordusu həmin darvazanı götürüb və dövlət sərhədini bərpa edib.

E.Fətullayevin Kəlbəcərdən geniş reportajını növbəti buraxılışlarımızda oxuya bilərsiniz.

Fotolar

pia.az

 

 

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar