Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsəbləri sakitləşdirən keşnişin 6 faydası

Azərbaycan mətbəxində də geniş iştifadə olunan göyərti növü keşniş yalnız kulinariyada deyil, həmçinin digər sahələrdə - tibdə, aromaterapiyada, kosmetologiyada geniş istifadə edilir.

Tərkibində bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər var.

Keşniş bitkisinin müalicəvi xüsusiyyətlərini təqdim edirik:

1. Xolesterinin səviyyəsini aşağı salır

Keşnişin yarpaqlarında "koriandrin" maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək "zərərli" xolesterinin miqdarını azaldır.

2. Ürəkbulanmanı aradan qaldırır

Keşniş bioloji aktiv maddələrlə zəngindir. Bu xüsusiyyəti sayəsində o, mədə pozulmasının qarışısını alır, ürək bulanması və qusmanı aradan qaldırır.

3. Sümükləri möhkəmləndirir

Keşniş kalsium mənbəyidir. Buna görə də o, sümüklərin möhkəm olması üçün çox vacibdir. Bu bitki sümüklərin əriməsinin qarşısını alaraq osteporozun əmələ gəlməsini aradan qaldırır.

4. Əsəbləri sakitləşdirir

Müasir zamanda insan demək olar ki, hər gün stresə məruz qalır. Keşnişin tərkibində olan sedativ xüsusiyyətə malik sakitləşdirici maddələr stressin əlamətlərini aradan qaldıraraq insanı rahatladır. Buna görə də əsəbi insanlar bu göyərtidən bolluca istifadə etməlidirlər.

6. Yuxuya yaxşı təsir edir

Gecələr yaxşı yatmaq istəyirsinizsə, o zaman bol keşniş yeyin. Tərkibində B vitamini və manqnezium olan keşniş təbii sakitləşdirici kimi təsir göstərərək bədəni və düşüncələri rahatladır.

Keşnişli smuzi resepti

Tələb olunan ərzaqlar:

• 2 fincan təmizlənmiş və doğranmış ananas

•1 ədəd dondurulmuş və doğranmış banan

• 1-1,5 fincan doğranmış keşniş

• 1 x/q limon şirəsi

• 400 ml hind qozu südü

Bütün ərzaqları kokteyl aparatına qoyun və bircinsli kütlə alınana qədər əzin. Alınan smuzini gün boyunca içərək daha gümrah və yüksək əhval-ruhiyyədə qalacaqsınız.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşa zirvəsinə hazırlığı müzakirə ediblər

50 yaşa çatmadan ölən azərbaycanlı jurnalistlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Xaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Türkiyədən Yunanıstana qaçmaq istəyən FETÖ-çular saxlanılıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Ən çox oxunanalar