Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda kütləvi həbslər başlayıb - Yenilənib

Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb...

APA “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.

Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

***

İrəvanda kütləni maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə yaradılan sosial şəbəkə hesablarında ayrı-ayrı şəxsləri kütləvi etiraz aksiyalarında iştiraka təhrik etmək və bunun qarşılığında onlara müxtəlif məbləğlərdə vəsaitin verilməsi məsələləri müzakirə edilib.

Məlumatda həmçinin sözügedən paylaşımların mayın 25-dən iyunun 6-dək mütəmadi olaraq edildiyi, eləcə də bu məsələnin həm telefon danışıqları, həm də “Daşnaksütyun” partiyasının ofisindəki toplantılarda gündəmə gətirildiyi bildirilib.

Eyni zamanda, istintaqla müəyyən edilib ki, həmin tarixlərdə haqqında bəhs olunan partiyanın yerli təşkilatlarının rəhbərləri arasında insanların mitinqlərə gətirilməsinin təşkilinə dair müəyyən söhbətlər aparılıb.

***

Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb.

Poliqon report-a istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar.

Ötən gün "Daşnaksütyun"un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıb. Amma saxlanılanların dəqiq sayı hələ ki dəqiq məlum deyil.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

50 yaşa çatmadan ölən azərbaycanlı jurnalistlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Ötən gün 38 kq-a yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ən çox oxunanalar