Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni diasporası məşhur respublikaçı senatoru Azərbaycana qarşı qışqırdır?


Qabil Hüseynli: “Azərbaycan-ABŞ arasındakı münasibətləri ən azından indiki şəraitdə heç kim kəskinləşdirə bilməz”


“İstisna etmək olmaz ki, Con Makeyni qışqırdan məhz ABŞ-dakı erməni diasporasıdır.”.

Bu sözləri PİA.AZ-a politoloq Qabil Hüseynli ABŞ senatının məşhur senatoru, Respublikaçılar Partiyasının ağır toplarından olan Con Makkeynin  “Amerikanın Səsi” Radiostansiyasının Azərbaycan xidmətinə müsahibəsində Azərbaycan hökümətini insan haqlarını pozmaqda ittiham etməsini şərh edərkən qeyd edib.

Xatırladaq ki, ABŞ senatoru Respublikaçı Partiyasının ağır toplarından olan Con Makkeyn Amerikanın Səsi” Radiostansiyasının Azərbaycan xidmətinə müsahibəsində Azrbaycan hökümətini insan haqqlarını pozmaqda ittiham edib. O eyni zamanda  jurnalisti Xədicə İsmayılovanın həbsini pisləyib. Azərbaycan hökumətinin bu addımının hiddət doğurduğunu deyən nüfuzlu ABŞ senatoru Xədicəni azad etməyəcəyi və ümumiyyətlə insan haqlarına hörmət etməməkdə davam edəcəyi təqdirdə, Azərbaycan rəhbərliyinə qarşı addımlar atılacağını bəyan edib.

Makkeynin bu çıxışı yenidən Azərbaycanla ABŞ arasında fikir ayrılığının yaranmasından xəbər verir, yoxsa daha əvvəldə "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsini Azərbaycana qarşı antitəbliğat ruporuna çevirən ABŞ-dakı erməni diasporası məşhur senatoru Azərbaycana qarşı qışqırdır?


Qabil Hüseynli: “Qərbdə yaxşı anlayırlar ki, Azərbaycana qarşı hər hansı hücum Rusiyanın dəyirmanına su tökmək deməkdir”.


Bu mövzi ilə əlaqədar PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib. Politoloqun fikrincə bunlar Azərbaycan- Amerika münasibətlərinə hazırkı vəziyyətdə  heç bir ziyan vurmayacaq.  Çünki bu ABŞ-ın və onun strateji tərəfdarlarının Azərbaycanla bağlı ümumi maraqları var. Politoloqun fikrincə H.Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Milli Məclisə təqdim etdiyi və artıq qəbul olunan Amnistiya Aktı Azərbaycanda insan haqlarının qorunması sahəsində müəyyən işlərin görüldüyündən xəbər verir:

“Con Makeyn həmişə populist fikirlər səsləndirib və səsləndirəcək. Amma Makeyndən fərqli olaraq ABŞ höküməti Azərbaycandakı prosesleri müdafiə edir. Bu ABŞ rəsmilərinin dilindən də son zamanlar dəfələrlə səsləndirilib. ABŞ höküməti yaxşı başa düşür ki, ABŞ-ın və eləcə də ABŞ-ın strateji mütəffiqlərinin maraqları Azərbaycandan  keçir. Qərbdə yaxşı anlayırlar ki, Azərbaycana qarşı hər hansı hücum Rusiyanın dəyirmanına su tökmək deməkdir. ABŞ və onun müttəfiqləri isə indi Rusiya ilə kəskin qarşı durma şəraitindədirlər. Bu qarşıdurmada da Azərbaycanla əlaqələrin sağlam olması ABŞ-ın birbaşa milli maraqları çərçivəsindədir. 

Qabil Hüseynli: “Son zamanlar, xüsusilə 4 gümlük müharibədən sonra erməni mətbuatının və erməni diasporasının Azərbaycana qarşı antitəbliğatında Xədicə İsmayılovaya geniş yer ayırırlar”. 


Con Makeynin qaldırdığı iddiaları da Azərbaycan hökuməti tədricən həll edilməkdədir. Bu yaxınlarda  H.Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Milli Məclisə təqdim etdiyi və artıq qəbul olunan Amnistiya Aktının icrasına başlanılacaq. Və Azərbaycanda insan haqları ilə bağlı məsələlərin böyük əksəriyyəti həmin Amnistiya Aktının icrasında öz həllini tapacaq. Ona görə də Azərbaycanla ABŞ arasındakı münasibətləri ən azından indiki şəraitdə heç kim kəskinləşdirə bilməz.

İstisna etmək olmaz ki, Con Makeyni qışqırdan məhz ABŞ-dakı erməni diasporasıdır. Heç kimə sirr deyil ki, Con Makeynin erməni diasporası ilə geniş əlaqələri var. Son zamanlar, xüsusilə 4 gümlük müharibədən sonra erməni mətbuatının və erməni diasporasının Azərbaycana qarşı antitəbliğatında Xədicə İsmayılovaya geniş yer ayırırlar. Ona görə də Con Makeynin erməni diasporasının təzyiqi ilə danışdığını istasna etmirəm”.

Sübü ƏZİZOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar