Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın yeni kabinetində kimlər olacaq?

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan vitse-prezident təyin edilə bilər...

Bu barədə təhlükəsizlik siyasəti üzrə mütəxəssis Mete Yarar “CNN Türk” telekanalında yayımlanan “Gecə görüşü” proqramında yeni kabinetdə yer alacaq adların müzakirəsi zamanı deyib.

O, Hakan Fidanın nazir və ya vitse-prezident təyin ediləcəyi fikrində olduğunu qeyd edib.

“Xarici İşlər Nazirliyi, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Milli Müdafiə Nazirliyi üçlü bir komanda kimi çalışırlar. Ölkə xaricindəki bir çox görüşlərə birlikdə qatılırlar. Bu görüşlərdə iştirak edənlərin bəziləri fərqli vəzifələrə təyin edilə bilərlər. Hakan Fidanın nazir və ya vitse-prezident təyin olunacağı fikrindəyəm”, - deyə Mete Yarar bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni kabinetin tərkibini şənbə günü açıqlayacağı gözlənilsə də, kulisdə danışılan xəbərlərə görə, Nazirlər Kabinetinin tamamilə dəyişəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının yeni qrup rəhbərliyi müəyyənləşib. Yeni rəhbərlikdə qrup prezidenti Abdullah Gülər, Abdulhamit Gül, Özlem Zengin, Emin Akbaşoğlu, Leyla Şahin Usta və Bahadır Yenişehirlioğlu onun müavinləri təyin ediliblər.
Məlumata görə, xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akarın öz postlarını saxlayacaqları gözlənilir.

Prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın hökumət rəhbərliyinə daxil edilə bilər, onun hansı vəzifəni tutacağı məlum deyil. Bundan əvvəl yerli mətbuatda onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyi ilə bağlı xəbərlər dərc olunub.

Həmçinin Türkiyənin keçmiş baş nazirinin müavini, maliyyə naziri Mehmet Şimşekin Nazirlər Kabinetinə gözlənilən təyinatı haqqında da danışılır.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar