Şənbə, 08 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan və Consonun şok Qarabağ planı: "Böyük proje masada..."

Britaniya müəyyən mənada Cənubi Qafqazdakı maraqlarını Türkiyə ilə əməkdaşlıq vasitəsilə həyata keçirməyə çalışır. İngiltərə vaxtilə Rusiyanın türk dövlətlərində möhkəmlənməsinin qarşısını almaq üçün Osmanlı faktoruna müraciət edirdi. Hələ Rusiya XIX əsrdə Kokanda, Buxara Əmirliyinə hücum edəndə, Türkmənistan istiqamətində istila planlarını həyata keçirəndə Britaniya Osmanlı vasitəsilə rusların irəliləməsinin qarşısını almağa çalışmışdı”.

PİA.az politoloq Elşən Manafovun müsahibəsini təqdim edir.

- Son günlərdə İsrail-Türkiyə münasibətlərində əhəmiyyətli gəlişmə yaşanır. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İsrail kəşfiyyatı (MOSSAD) arasında anlaşmanın imzalanması xəbərinin yayılmasından sonra iki ölkə arasında ticarət həcminin artırılacağı açıqlandı. İllərdir soyuq münasibətdə olan Ankara və Təl-Əvivi bir-birinə yaxınlaşdıran əsas amillər nələrdir?

- İsrailin Türkiyə ilə münasibətləri ərəb dünyasındakı ayrı-ayrı dövlətlərlə əlaqələrindən kifayət qədər fərqlənib. Ayrıca, İsrail yaranarkən Türkiyənin buna münasibəti də bölgənin ərəb dövlətlərindən fərqli olub. NATO üzvü olan Türkiyə həmişə AvropaABŞ-la yaxın münasibətlərdə olan İsraillə bağlı Qərb alyansının maraqlarını nəzərə alıb. Əlbəttə, İordan çayının Qərb sahilləri, Qolan Təpələri ilə bağlı məqamlar və ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması Türkiyə-İsrail münasibətlərinə təsirsiz ötüşməmişdi. Amma bunlara baxmayaraq, bu gün vəziyyət tədricən dəyişməyə başlayıb.

Mühüm bir məqam da var ki, İsrailin su təminatında həmişə Türkiyənin spesifik rolu olub. Bu mənada Türkiyə birinci yerdə durub. İsraildə kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib. İsrail Qərblə rəqabətə davamlı kənd məhsulları istehsal edir. Quraqlıq və digər amillərə görə su problemi ilə üzləşən İsrail su təchizatında Türkiyə ilə əməkdaşlıq etmək məcburiyyətində qalıb.

Digər yandan, nəzərə almaq lazımdır ki, İsrail Türkiyənin ən yaxın müttəfiqi və qardaş dövlət olan Azərbaycanın da müttəfiqidir. Azərbaycan İsraildən hərbi texnikalar və silahlar alır, İsrail isə Bakı-Tiflis-Ceyhan kəmərindən axan neftin 38-40 faizini idxal edir. Yəni iki ölkə arasındakı bu yüksək əməkdaşlıq Türkiyənin özü tərəfindən də nəzərə alınır. Şübhəsiz ki, Türkiyə və İsraili yaxınlaşdıran başqa bir amil hər iki dövlətin Bəşər Əsəd rejiminə olan münasibətindən irəli gəlir. İsrail də Türkiyə kimi, Əsəd rejiminin hakimiyyətdən getməsində maraqlı olduğunu gizlətmir. Başqa sözlə, Türkiyə və İsrailin Yaxın Şərqdə əməkdaşlıq etməsini zərurətə çevirən bir sıra amillər var. Dediyim kimi, bu amillərin başında da Suriya ilə bağlı üst-üstə düşən məqamlar gəlir. Əlbəttə, iki dövlət arasında bir sıra məsələlərlə əlaqədar fikir ayrılıqları mövcuddur.

Onu da nəzərə almaq lazımdır ki, ABŞ-da qlobalistlərin nümayəndəsi – Co Bayden hakimiyyətə gəlir. Baydenin dövründə Türkiyəyə təzyiqlərin artacağını istisna etmirəm. Bayden hələ seçkilərdən əvvəl Türkiyə ilə bağlı sərt açıqlamalar vermişdi, Ərdoğana qarşı türk müxalifəti ilə əlaqələri gücləndirəcəyini bildirmişdi. Bu mənada Ankara ABŞ Konqresinə və hökumətinə ciddi təsir imkanları olan yəhudi diasporu ilə əməkdaşlığa maraq göstərə bilər. Yəni ABŞ-dan gələcək təzyiqlərin qarşısını almaq üçün Türkiyə İsraillə münasibətlərinin formatına yenidən baxa bilər. Bu nöqteyi-nəzərdən Türkiyənin İsraillə münasibətlərdə gedəcəyi kardinal dəyişikliklər anlaşılandır. Əlbəttə, bütün bunlar regional güc olan Türkiyənin geosiyasi maraqlarından irəli gəlir.

- Diqqətçəkən məqamlardan biri də digər Qərb dövlətlərindən fərqli olaraq Böyük Britaniyanın Türkiyə ilə yaxın təmaslarıdır. Hətta Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatına başladıqdan sonra Britaniya Baş naziri Boris Consonun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, bu məsələni müzakirə etdiyi iddia olunmuşdu. Bəs bu iddia nə qədər doğru ola bilər və bu yaxınlaşma hansı zərurətdən irəli gəlir?

- Əslində bu gün Türkiyəyə Cənubi Qafqazda daha aktiv siyasət aparmasına təkan verən dövlətlərdən biri Britaniyadır. Britaniya müəyyən mənada Cənubi Qafqazdakı maraqlarını Türkiyə ilə əməkdaşlıq vasitəsilə həyata keçirməyə çalışır. İngiltərə vaxtilə Rusiyanın türk dövlətlərində möhkəmlənməsinin qarşısını almaq üçün Osmanlı faktoruna müraciət edirdi. Hələ Rusiya XIX əsrdə Kokanda, Buxara Əmirliyinə hücum edəndə, Türkmənistan istiqamətində istila planlarını həyata keçirəndə Britaniya Osmanlı vasitəsilə rusların irəliləməsinin qarşısını almağa çalışmışdı. Britaniyanın Krım müharibəsində Türkiyə ilə əməkdaşlığı Rusiyanın məğlubiyyətinə gətirib çıxarmışdı. Beynəlxalq münasibətlər tarixində ilk dəfə Rusiyanın təşəbbüsü ilə erməni məsələsi 1878-ci ildə Berlin Konfransında müzakirəyə çıxarılanda Türkiyə bu məsələni gündəmdən çıxarmaq üçün Britaniya ilə razılaşaraq, Kipri ona güzəştə getmişdi.

Başqa sözlə, Türkiyə və Britaniya arasındakı bu qarşılıqlı anlaşmalar tarixi münasibətlərə söykənir. Bu anlaşmalar həm də qarşılıqlı maraqlardan irəli gəlir. Türkiyənin Cənubi Qafqazda fəal mövqe sərgiləməsi Britaniya kəşfiyyatının rəhbərinin Ankara ilə görüşlərindən sonra mümkün olub. Conson da Ərdoğana o zaman zəng etdi ki, Türkiyənin bu müharibədə belə aktiv mövqe sərgiləyəcəyi bəlli deyildi. Conson bütün Qərb liderlərini qabaqlayaraq, perspektivdə Cənubi Qafqazda baş verə biləcək hadisələri Ərdoğanla müzakirə etdiyini istisna etmirəm. Əlbəttə, Britaniyanın bu görünməz fəallığı bölgədə reallaşdırılacaq geosiyasi layihələrdə iştirak etmək istəyindən irəli gəlir.

Unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və onun perspektivdə Xəzər hövzəsinə çıxması Mərkəzi Asiya istiqamətində irəliləməsi anlamında qəbul olunmalıdır. Şübhəsiz ki, bu da Rusiyanın maraqlarına cavab vermir. Başqa sözlə, Britaniya Türkiyə vasitəsilə Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyaya təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Britaniyanın hədəfi Azərbaycandan sonra zəngin resurslara malik olan Türkmənistana çıxmaqdır. Bu mənada, Britaniyanın ABŞ-ı qabaqlayaraq, müəyyən addımlar atacağını istisna etmirəm. Vaxtilə Səudiyyə Ərəbistanı məsələsində də bu rəqabət özünü göstərmişdi. Nəticədə Britaniya ABŞ-la Səudiyyə məsələsində əməkdaşlıq etməli oldu.

1951-ci ildə İranda hakimiyyət dəyişikliyi baş verdikdən sonra neft sektoru “Britiş Petrolium”dan alınaraq, İran dövlətinin nəzarətinə qaytarıldı. Britaniya da bunu bağışlamadı. “Britiş Petrolium”un mövqeyi Britaniya dövləti üçün əhəmiyyət kəsb edir. Çünki Britaniya büdcəsinin formalaşmasında BP-nin özünəməxsus imkanları var. Hətta Qarabağ müharibəsinin gedişində Baronessa Koksun ermənipərəst layihəsinin Britaniya parlamentindəki müzakirələrinin qarşısını BP aldı. Türkiyənin istəyi də burada müstəsna əhəmiyyət kəsb etdi. Başqa sözlə, Britaniya özünün Cənubi Qafqaz və Mərkəzi Asiyadakı maraqlarını həyata keçirmək üçün Türkiyə ilə əməkdaşlıqda maraqlıdır.

- Dünya miqyasında gedən bu proseslər, xüsusən də bölgəmizdəki son gəlişmələrin fonunda Cənubi Qafqazın geosiyasi mənzərəsinə necə təsir göstərəcək?

- Hesab edirəm ki, Rusiyanın Türkiyəyə, Türkiyənin də Rusiyaya istər Suriya, istər Liviya, istərsə də Cənubi Qafqazdakı problemlərin həllində ciddi ehtiyacı var. Əlbəttə, təhriklərə baxmayaraq, tərəflər bir-biri ilə Cənubi Qafqazda qarşıdurmaya getməyəcəklər. Azərbaycan dövləti də bu qarşıdurmanın baş verməməsi üçün əlindən gələni edəcək. Çünki Rusiya və Türkiyə arasındakı qarşıdurma Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin pozulması demək olardı. Qərb də bunda maraqlı deyil. Çünki Azərbaycana, xüsusən də neft-qaz sektoruna kifayət qədər investisiya qoyulub, kapital isə təhlükəsizliyin təmin olunmasını tələb edir. Bu mənada, proseslərin Türkiyə və Rusiya arasında qarşıdurmaya səbəb olacaq həddə gətirilməsi Qərbin transmilli korporasiyalarının və Azərbaycanın maraqlarına uyğun gəlmir. Əlbəttə, Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını zəiflətmək üçün ABŞ, Böyük Britaniya, NATO və digər güclər ardıcıl və düşünülmüş şəkildə gedişlər edəcəklər.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolların qiyməti ilə bağlı önəmli xəbər: Bu tarixdə devalvasiya gözlənilir?

Putinin Qərb təhdid mesajı: Rusiya Qərb ölkələrini vurmaq üçün kimlərə silah verəcək?..

Hər şeydən narazı olan ermənilər indi də Almatı Bəyannaməsindən narazıdırlar...

Komitə sədri: "Orta aylıq əməkhaqqı 990 manat olacaq"

Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq etdi

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb, gündəlikdə 13 məsələ var

Azərbaycanda nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir    

Bloomberg: Rusiyanın qazancı Çin üçün ağrıya çevrilir

Millimizin Ermənistanla oyununun başlama vaxtı dəqiqləşdi

Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb --Yenilənib

Doğuşdan sonra həyatını itirən qadınla bağlı rəsmi açıqlama

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə rəis təyin edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay