Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: "Türkiyədə terroru biz bitirə bilərik, Kamal Kılıçdaroğlu yox"

"Türkiyədə terrorçuları biz məhv etmişik və terrorla mübarizəni bundan sonra da əzmlə aparacağıq. Türkiyədə terroru biz bitirə bilərik, Kamal Kılıçdaroğlu yox".

“Report”un Türkiyəyə ezam olunan əməkdaşının xəbərinə görə, bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın mayın 26-da İstanbulun Esenlərdə təşkil etdiyi mitinqdə çıxışı zamanı deyib.

O söyləyib ki, mayın 28-də keçiriləcək prezident seçkilərində rəqibi K.Kılıçdaroğlu ilə arasında fərq açıq-aydın görünür: "İstanbulun bələdiyyəsinin fəaliyyətindən heç kim razı deyil. Yağış yağan kimi şəhərdə həyat iflic olur. Soruşsan bələdiyyə sədri hanı? Ya İsveçrədə xizək sürür, ya da Bodrumda dincəlir. Biz həm 28 mayda, həm də 2024-cü ildə bələdiyyə seçkilərində CHP-yə lazımi cavabı verəcəyik".

R.T.Ərdoğan zəlzələ bölgəsində yaşayan seçiciləri qınayanlara da cavab verib: "Zəlzələ zonasındakı insanları seçimlərinə görə qınayanların əksinə biz oradakı vətəndaşlarımızın yanındayıq. Ötən günlərdə zəlzələdən zərərçəkmiş daha 5 rayona səfər etdik. Bu insanları CHP-nin insafına buraxmayacağıq. İqtidara gəlmək üçün hər kəslə qapalı qapılar arxasında danışıqlar apardılar. Bunlar FETÖ-çülərin və terror təşkilatı liderlərinin azadlığa buraxılması barədə vədlər veriblər. Əminəm ki, mənim kürd qardaşlarım bazar günü xəyanətkarlara öz dərsini verəcəklər. Çünki CHP bir dəfə belə olsa nə yerli, nə də milli bir addım atmayıb".

R.T.Ərdoğan keçmiş SSRİ dövründə imperiya əsarətindən qaçan azərbaycanlıların həmin vaxt iqtidarda olan CHP rəsmiləri tərəfindən yenidən Sovetlər İttifaqına geri qaytarıldığını və həmin insanların Boraltan körpüsündə güllələnərək öldürüldüyünü xatırladıb: "Biz ölkəmizə bir daha Boraltan körpüsündəki utancı yaşatmarıq. Qardaşlarımız onda nə demişdi? Kaş ki bizləri siz öldürəydiniz, bu namərdlərin yerinə. Ona görə suriyalı miqrantların öz yurd-yuvalarına təhlükəsiz şəkildə qayıtması üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar