Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən doğru ifadəni Paşinyanın arvadı dilə gətirdi – Ekspert

Ermənistanın Müdafiə naziri David Tonoyanın sülh açıqlamasının arxasında Baş nazir Nikol Paşinyanın istəyi dayanır

Çünki Paşinyan da son çıxışında sülhün vacibliyindən ağız dolusu danışıb.

PİA.az Axar.az-a istinadən xəbər ki, bu sözləri Paşinyan və Tonoyanın ritorikasının qəfil dəyişməsinin səbəblərinə aydınlıq gətirən politoloq Elxan Şahinoğlu deyib. Siyasi təhlilçi hesab edir ki, Paşinyan və onun nazirlərinin mövqelərinin tez-tez dəyişməsi Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir:

“Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüşdə keçmiş danışıqların təfərrüatını dəqiqləşdirib. Onun Azərbaycan Prezidenti ilə üç görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu. Bu arada, ən doğru açıqlama Paşinyanın xanımından gəlib: “Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb”. Bəli, illərdir biz də bunu deyirik. Böyük ehtimalla, xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə, hakimiyyətini laxladar, ona görə də xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır. Bu çalışmaların bizə ziyanı yoxdur”.

Politoloq baş verənləri nəzərə alaraq işğalçıya qarşı təzyiqi bir an belə azaltmamağa çağırıb:

“Hücum diplomatiyası və snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir də. Buna baxmayaraq, biz də yeni ideyalarla çıxış edə bilərik. Məsələn, Paşinyanın “formatı dəyişək” təklifi qarşılığında biz də danışıqların “2 + 2 modelini” irəli sürə bilərik. Yəni rəsmilər ayrı, Dağlıq Qarabağın erməni və azərbaycanlı təmsilçiləri ayrı görüşməlidirlər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Ən çox oxunanalar