Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Hüseynov: "Azad olunan ərazilərə köçürülən sakinlər yeni həyata tez adaptasiya olunurlar"

"İşğaldan azad edilmiş Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin olunur".

"Report"un xəbərinə görə, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O deyib ki, Talış kəndində Novruz bayramının qeyd olunmasının xüsusi önəmi var: "Çünki, bura köçmüş 20 ailə, uzun illərdən sonra ilk dəfə işğaldan azad edilmiş kəndlərində Novruz bayramını qeyd edirlər. Bu bayram həmin insanlar üçün ikiqat bayramdır. Fürsətdən istifadə edərək demək istəyirəm ki, dövlətimiz işğaldan azad edilən kəndlərimizə köçürülən sakinlər üçün bütün lazımi infrastruktur yaradıb, onların məşğulluğu təmin olunub. Burada kiçik sahibkarlıqla məşğul olan sakinlərimiz, müxtəlif məşğulluq zərflər ilə təmin olunan ailələrimiz də var".

Prezidentin xüsusi nümayəndəsi söyləyib ki, azad olunan ərazilərə köçürülən sakinlər uzun illərin ayrılığına baxmayaraq tez adaptasiya olunurlar.

Poliqon.info 


Etiket: Emin Hüseynov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar