Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artistimiz yandırılıb: Külünü də görün nə ediblər

Pulu olmadığına görə, dəfn edilməyib, meyiti yandırılaraq, külü okeana tökülən bir aktrisa olduğunu bilirdiniz?

Belə bir insan yaşayıb. Hətta dahi Üzeyir Hacıbəyov onu "Ürəkləri fəth edən qadın" adlandırıb. Söhbət Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanovadan gedir.

Poliqon.info lent.az-a istinadən xəbər verir ki, o, 1924-cü ildə Bakıda anadan olub. Konservatoriyanı bitirdikdən sonra Üzeyir Hcıbəyovun təkidi ilə Opera teatrına gəlib və maraqlı obrazlar yaradıb. 200-dən çox mahnı ifa etmiş gözəl müğənni  "Görüş", "Telefonçu Qız" və başqa filmlərdə epizodik rollarda çəkilib. Opera səhnəsində "Arşın Mal Alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını oynayıb.

Sona xanım 1994-cu ildə ABŞ-a oğlunun yanına köçüb. 2008-ci ildə iflic olduqdan sonra səsini itirib. 2011-ci ildə 87 yaşlı Sona Aslanova Los-Ancelesda vəfat edir. ABŞ-da dəfn xərcləri çox baha olduğundan, oğlunun imkanlarının olmadığını bilən ana cənazəsinin yandırılıb, külünün okena səpilməsini vəsiyyət edib.

Yaxın qohumlarının dediyinə görə, o, bunu ürəkdən arzulamayıb. Bakıya dönməyi arzu etsə də, bu arzu imkansızlığa görə çin olmayıb. Oğlunu çətinliyə salmamaq üçün belə bir vəsiyyət edib.

Poliqon.info 


Etiket: Aktrisa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar