Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Elmar Məmmədyarov Bağdad Amreyevi qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyev bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırlayaraq, bu görüşün çox məhsuldar bir görüş olduğunu və maraqlı müzakirələr aparıldığını diqqətə çatdırıb.

B.Amreyev Şuranın təsis olunmasının 10 illiyi münasibətilə növbəti zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq, bu zirvə toplantısının Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Tərəflər Zirvə görüşünə hazırlıqla bağlı geniş fikir mübadiləsi aparıblar.

Daha sonra baş katib TDƏŞ-də iqtisadiyyat, ticarət, maliyyə və nəqliyyat sahələrində həyata keçirilən son islahatlar barədə məlumat vərərək, bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə hər zaman olduğu kimi, gələcəkdə də töhfəsini davam etdirəcəyini söyləyib.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Makronla Paşinyan arasında telefon danışığı oldu

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib - Fotolar 

Ən çox oxunanalar