Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elm adamları COVID-19-un Uhandakı bazardan yayıldığını təsdiq ediblər

Beynəlxalq araşdırmaya görə, koronavirusun yayılması Çinin Uhan şəhərindəki Huanan bazarından başlayıb...

Poliqon xəbər verir ki, araşdırma ABŞ və Böyük Britaniyadan olan 23 alim tərəfindən hazırlanıb və “Cell” jurnalında dərc edilib.

Nəşrə görə, erkən tanınan COVID-19 xəstələrinin bir çoxu Huanan dəniz məhsulları topdansatış bazarında işləyiv və ya bazarı ziyarət ediblər. Alimlər qeyd edirlər ki, bazarın virusun yayılması ilə əlaqəsi ilk dəfə şəhərin müxtəlif xəstəxanalarının həkimləri tərəfindən müəyyən edilib. 2019-cu ilin dekabr ayında qəbul edilən 174 xəstənin 32%-nin həmin bazarla əlaqəsi olub. Bundan əlavə, bu bazarı əhatə edən şəhər ərazilərində ilk dəfə olaraq sətəlcəmdən ölüm halları qeydə alınıb.

“Huanan bazarı 12 milyondan çox əhalisi olan və dörd daimi canlı heyvan bazarı olan Uhan şəhərində ən çox vəhşi heyvanların satıldığı yer idi. 2019-cu ilin payızının sonlarında bir neçə satıcının yenot itləri, misk pişikləri, bambuk siçovulları, Malay kirpiləri, Amur kirpiləri və Asiya porsuqları da daxil olmaqla diri heyvanları qanunsuz olaraq satdıqları sənədləşdirilib. Vəhşi təbiət satıcılarının əksəriyyəti bazarın ən erkən yoluxma halının aşkar edildiyi və bazarda COVID-19 hadisələrinin əksəriyyətini təşkil edən qərb qanadında yerləşirdi”, deyə araşdırmada bildirilir.

Alimlər koronavirusun yayılmasının iki mümkün variantını müəyyən ediblər: ya heyvanların birindən (hansı növdən olduğunu öyrənmək mümkün olmayıb) insanlara ötürülüb, ya da insanların özləri tərəfindən bazara gətirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyinin ən çox ehtimal olunan versiyasını onun yarasalardan ara heyvan vasitəsilə insana keçdiyini hesab edir. ÜST də virusun laboratoriya mənşəyini təsdiqləməyib. Birləşmiş Ştatlar COVID-19-un laboratoriya mənşəyinə dair sübutların mövcudluğundan danışsa da, Amerika kəşfiyyatı bu barədə ümumi bir nəticəyə gəlməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay