Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib

Ə.Əhmədov beynəlxalq ictimaiyyəti sülhü bərqərar etməyə səsləyib

Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan tərəfindən işğal olunub, Ermənistan tərəfindən BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməməsi Dayanıqlı İnkişaf hədəflərində qarşıya qoyulan vəzifələrin həllini əngəlləyir.

“Report” xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu-Yorkdakı BMT qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda ikinci Könüllü Milli Məruzəni təqdim edərkən bildirib.

Sülhsüz inkişaf olmadığını vurğulayan Ə.Əhmədov beynəlxalq ictimaiyyəti münaqişələri həll edərək sülhü bərqərar etməyə səsləyib. Baş Nazirin Ə.Əhmədov Qarabağ münaqişəsi həllini tapmasa belə, Azərbaycanın Dayanıqlı İnkişaf hədəflərilə bağlı təhsil, səhiyyə, sosial təminat, məşğulluq, xüsusilə də qaçqın və məcburi köçkünlərin məşğulluğu sahəsində bir sıra tədbirləri həyata keçirə bildiyini qeyd edib.

Bununla yanaşı, ölkənin iqtisadi inkişafı, orta və kiçik sahibkarlığın dəstəklənməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində də mühüm islahatların həyata keçirildiyini diqqətə çatdıran natiq 2025-ci ilədək sosial-iqtisadi inkişaf, təhsil kimi sahələrdə əlavə tədbirlər görüləcəyini bildirib.

Xatırladaq ki, BMT-yə ikinci milli məruzəni təqdim etməyə yalnız 14 ölkənin haqqı var.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar