Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Eşşək" sözündəki "ş" hərfinin biri ixtisar edilməlidir

Azərbaycan qrammatikasına görə, "eşşək" sözündə qoşa "ş" hərfi var. Məncə Dövlət Dil Komissiyası bu sözün yazılış formasını dəyişməlidir. Qoşa "ş" hərflərinin birini ixtisar etməlidir. Bu halda incə, məlahətli bir söz alınar - "eşək". Fikrimcə, bu qədər adıçəkilən heyvana qarşı haqsızlıq etmişik. Hələ gec deyil onu düzəltmək”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Samir Əliyev deyib.

“Əvəzində "ş" hərflərinin sayını artırmaqla orfoqrafiyaya yeni sözlər əlavə etmək olar və həmin sözlər istisnasız olaraq bəzi insanlara şamil edilməlidir. Məsələn, biri maşınını tıxac olan yolun kənarında saxlayıb dükana gedir. Və ya çoxmərtəbəli binanın yuxarı mərtəbələrindən yerə zibil atır, bloka, liftə tüpürür. Belələri çoxdur və onlara mütləq qoşa "ş" hərfi olan "eşşək" ifadəsi uyğun gəlir. İkinci kateqoriya insanlar var ki, yolun ortasında maşını saxlayıb bir-biri ilə söhbət edirlər. Onlar üçün artıq üçqat "ş" hərf olan sözü (eŞŞŞək) tətbiq etmək lazımdır.  Bəzən olur ki, "ş" hərflərinin sayı tipajı tam ifadə etmir. Məsələn, yolun ortasında maşını saxlayıb söhbət edən sürücülərə nə qədər siqnal versən də, xeyri olmur. Belə insanlar üçün "ş" hərflərinin sayını artırmaq şərti ilə əlavə olaraq "ayyy" sözü əlavə edirsən və durğu işarəsini dalbadal düzürsən. Olur - "ayyyyy eşşşşək!!!!!". Əgər Dil Komissiyası üçün maraqlı olsa digər təkliflərimi də verə bilərəm” – S.Əliyev qeyd edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır

Ən çox oxunanalar