Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert əsəbiləşdi: “Ya DİM-i, ya da abituriyenti məhkəməyə verəcəm”

"Hazırda DİM-ə gedirəm. Abituriyent atası ilə məni orada gözləyir. Əgər "Photoshop"la hazırlanıbsa, valideynlə uşağı, olmasa DİM-i elə ordaca Yasamal Rayon Məhkəməsi qarşısında iddia qaldırıb, gələcəm"

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, heç kimə nüfuzunu zədələməyə imkan verməyəcəyini bildirib:

"İstər uşaq olsun, istərsə də böyük fərq etməz. Çünki mənim nüfuzum onların fəaliyyətindən də qiymətlidir. Mən imkan vermərəm ki, kimsə mənim adım üzərindən oynasın".

****
"Heç bir yerə qəbul olmadığını deyən deyən abituriyent topladığı balı "Photoshop" proqramı vasitəsilə düzəldərək, Kamran Əsədova göndərib".

Bu barədə Qaynarinfo-ya DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib. O, abituriyentin topladığı balın daha az olduğunu bildirib:

"Abituriyentin topladığı bal, seçdiyi ixtisaslara keçid balından az olduğu üçün ali məktəbə daxil ola bilməyib. Abituriyentin nəticələri ilə bağlı məxfilik qorunduğundan özünün razılığı olmadan nə qədər bal topladığını açıqlaya bilmərik".


****
Azərbaycanda Əsgəri İbrahim Əli oğlu adlı abituriyent qəbul imtahanında 596 bal yığmasına və seçdiyi ixtisasların bir çoxuna tələb olunan keçid balını keçsə də heç bir yerə qəbul ola bilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, 15 illik təcrübəsində ilk dəfədir ki, belə bir halla qarşılaşdığını bildirib. Ekspert buna görə, Dövlət İmtahan Mərkəzini ittiham edib.

"Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də heç bir yerə qəbul olmayıb. Yəni 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən DİM sürüşdürüb", - deyə o, bildirib.

pia.az


Etiket: Kamran Əsədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar