Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmedinejatın prezdentliyə namizədliyi yenə qeydə alınmadı

İranın Konstitusiyaya Nəzarət Şurası keçmiş prezident Mahmud Əhmədinejatın prezident seçkisində iştirak etmək üçün namizədliyini qeydə almayıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, İran parlamentinin keçmiş sədri Əli Laricani və vitse-prezidenti İshaq Cahangiri də namizəd olaraq seçkiyə qatıla bilməyəcəklər.

Seçkidə prezidentliyə namizədlər arasında ən şanslı İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi sayılır.

Xatırladaq ki, 2017-ci ilin prezident seçkisində də onun namizədliyi qeydə alınmamışdı. İranın 6-cı prezidenti Mahmud Əhmədinejat 2005-ci il avqustun 3-dən 2013-cü il avqustun 3-dək hökumət başçısı olub. O bildirmişdi ki, namizədliyi qeydə alınmazsa seçkini boykot edəcək.

Nəzarət Şurasının sözçüsü Abbasəli Kedxudayi bildirib ki, prezidentliyə namizəd olmaq üçün 592 nəfər, o cümlədən 40 qadın müraciət etmişdi. Onlardan yalnız 7-sinin namizədliyi qeydə alınıb. Hakimiyyət daxili mühafizəkar xətdən Məhkəmənin sədri İbrahim Rəisi, İran İnqilab Keşikçiləri Qvardiyasınn keçmiş komandanı, məsləhət şurasının sabiq katibi Möhsün Rzai, İran Mlli Təhlükəsizlik Şurasının keçmiş baş katibi və İranın nüvə proqrarmı ilə bağlı danışqılarda sabiq baş məruzəçisi Səid Cəlili, deputat Əmirhüseyn Kadızadə-Haşimi, keçmiş deputat Əlirza Zakani prezidentliyə namizəd olub. İslahatçı xəttin nümayəndəsi kimi tanınan prezidentin keçmiş müavini və İsfahanın keçmiş valisi Möhsün Mehrzəlzadə və mərkəzi bankın sədri Əvdünasir Himmətinin prezidentliyə nazmizədlikləri qeydə alınıb.

İranda prezident seçkisi 2021-ci il iyunun 18-də keçiriləcək və bununla yanaşı, rayon və qəsəbələrin yerli şuralarına seçkilər də keçiriləcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Ən çox oxunanalar