Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

eBay tarakan göndərdiyi bloggerlərə 3 milyon dollar ödəyəcək

E-ticarət saytı eBay şirkəti tənqid etdikləri üçün müxtəlif yollarla təqiblərə məruz qalan bloggerlərə 3 milyon dollar ödəməyə razılaşıb...

Poliqon BBC-yə istinadən xəbər verir ki, Massaçusets Baş Prokurorluğu eBay-ın təhlükəsizlik üzrə keçmiş direktoru Cim Bauqun şirkət rəhbərliyinin razı qalmadığı xəbər bülleteni "EcommerceBytes"i yayımladıqları səbəbiylə İna və David Şteyneri adlı blogger cütlüyü hədəfə alındığını bildirib.

Məhkəmə sənədlərində eBay rəhbərlərinin bülletendə şirkəti tənqid edən cütlüyə canlı hörümçəklər və tarakanlar göndərdiyi göstərilir.

Sənədlərdə Bauq və 6 nəfərin Ştayner cütlüyünü qorxutmaq üçün kampaniya apardığı və cütlüyün "emosional, psixoloji və fiziki" qorxuya məruz qaldığı ifadə edilib.

Massaçusets Baş Prokurorunun səlahiyyətlərini icra edən Coş Levi elektron poçt vasitəsilə AP-yə bildirib ki, eBay tamamilə çirkin, cinayətkar davranışla məşğul olub.

E-ticarət saytı eBay məhkəmənin cütlüyə qarşı təqib ittihamlarına görə 3 milyon dollar cərimə ödəmək qərarını qəbul edib.

Cütlüyün avtomobilinə GPS izləmə cihazı yerləşdirmək kimi başqa hərəkətlər də edən Bauq və digər rəsmilər hadisə baş verdikdən qısa müddət sonra eBay tərəfindən işdən çıxarılıb.

Hadisədə əli olan Filip Kuk 2021-ci ildə 18 ay, Bauq isə növbəti il ​​təxminən 5 ilə yaxın həbs cəzasına məhkum edilib.

Poliqon.info


Etiket: eBay Tarakan Blogger


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar