Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya statistikası: Koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 84 mindən çox insan yoluxub, təxminən 6,4 min nəfər də bu virusun qurbanı olub...

PIA.az xəbər verir ki, bu barədə məlumat bölgələrdə və ölkələrdə virusa yoluxma və ölüm hallarını dəyərləndirən “Worldometer” saytında yer alıb.

Son statistikaya görə, dünyada 1 517 960 nəfər yeni növ koronavirusa yoluxub, 88 457 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 84 384 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6414 nəfər artıb.

COVID-19 infeksiyasına ən çox yoluxma halları ABŞ-dadır – 434 927 nəfər. Onun ardınca İspaniya (148 220), İtaliya (139 422), Almaniya (113 296), Fransa (112 950) və Çin (81 865) gəlir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aprelin 8-də Bakı vaxtı ilə saat 12:00-da yaydığı son açıqlamasına görə, ən çox yoluxma və ölüm halları yenə də Avropa regionunda qeydə alınıb – 720 219 yoluxma və 57 369 ölüm. Sutka ərzində burada yoluxanların sayı 33 881, ölənlərin sayı isə 4904 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 417 416 nəfər koronavirusa yoluxub, 12 597 nəfər ölüb.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. 6 aprel tarixinə olan məlumata görə, burada 114 667 yoluxma, 3922 ölüm faktı qeydə alınıb.

pia.az


Etiket: COVID-19


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar