Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünən humanitar yardım daşıyan 102 yük maşını Qəzza zolağına daxil olub

Misir Qızıl Aypara Cəmiyyətindən humanitar yardım daşıyan 102 yük maşını noyabrın 2-də “Rəfah” keçid məntəqəsindən keçərək Qəzza zolağına daxil olub...

Poliqon xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti X sosial şəbəkəsində bildirib. Yardıma ərzaq, su, ilkin tələbat malları, dərman və tibbi avadanlıqların daxil olduğu qeyd edilir.

Fələstin Qırmızı Aypara Cəmiyyətinin bildirdiyinə görə, İsrailin anklav ərazisinə hücumları başlayandan bəri ümumilikdə 374 yük maşını Qəzzaya humanitar yardım çatdırıb. Humanitar hərəkat qeyd edib ki, Qəzza zolağına yanacaq tədarükü hələ başlanmayıb.

Noyabrın 2-də “Rəfah” keçid məntəqəsinin sözçüsü Vail Əbu Ömər bildirib ki, 402 nəfər, o cümlədən 30 yaralı nəzarət məntəqəsi vasitəsilə Qəzza zolağından Misirə gedib.

Qeyd edək ki, BMT agentlikləri Qəzza zolağındakı vəziyyəti İsrail və HƏMAS arasında döyüşlər fonunda fəlakətli kimi qiymətləndirir. Münaqişə başlayandan Qəzzada 8,8 min mülki insan həlak olub. BMT-nin məlumatına görə, onların təxminən 70%-i qadın və uşaqlardır. 22,2 min nəfər yaralanıb.Daha 128 nəfər İordan çayının qərb sahilində ölüb, 2,3 min nəfər yaralanıb.

İsraildə münaqişə başlayandan bəri 1,4 min nəfər ölüb, 5,4 min nəfər yaralanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar