Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX: Sərhədyanı ərazilərdə 9 kq narkotik və 3 ədəd silah aşkar olunaraq götürülüb

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə 8 kq 920 qram narkotikə bənzər maddənin ölkə ərazisinə qanunsuz yolla gətiril­məsinin qarşısı alınıb, eyni zamanda 3 ədəd gizlədilmiş odlu silah aşkar olunub.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Yanvar ayının 14-də Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd sahibsiz bağlama aşkar edilib. Baxış zamanı bağlamada çəkisi 8 kiloqram 350 qram narkotikə (5 kq 900 qram “tiryək”, 1 kq 700 qram “metamfe­tamin” və 750 qram “heroin”) oxşar maddənin olması müəyyən­ləş­dirilib.

Yanvar ayının 26-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi xidmətində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 1 ədəd torbanın içərisində çəkisi 570 qram “marixuana”ya oxşar maddə və 2 blok “Marllboro” markalı siqaret aşkarlanaraq götürülüb.

Ay ərzində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazir­liyinin əmək­daşları tərəfindən sərhədboyu ərazilərdə həyata keçirilmiş təd­birlər nəticə­sində Astara rayonunun Alaşa kəndinin ərazisində su kanalında gizlədilən 1 ədəd Almaniya istehsalı olan 8 mm çaplı “Perfecta” markalı tapança, Qəbələ rayonunun Tikanlı kəndinin ərazisində “Qaraçay” çayının sahilində yerləşən meşəlikdə 1 ədəd 16 mm çaplı təklüləli ov tüfəngi və ona məxsus 6 ədəd patron, Ağstafa rayonunun Sadıqlı kəndinin ərazisində “Qara­yazı” dövlət meşə qoruğu massivində 1 ədəd 16 mm çaplı qoşalüləli ov tüfəngi aşkar olunaraq götürülüb.

Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Göygöldə yük və minik avtomobilləri toqquşub  

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Ən çox oxunanalar