Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döşəmədən çıxan ilanlar, qəzalı bina: Zaqataladakı məktəbdən qorxunc kadrlar - Video

Azərbaycanda təhsil sistemi müasir standartlara cavab versə də, təəssüflər olsun ki, 21-ci əsrdə hələ də sanki 10-15-ci əsrdən qalma məktəblər fəaliyyət göstərir. 

Elə məhz bu geridə qalmış, qıraqdan tarixi abidə kimi görünən məktəblərdən biri də Zaqatala rayonunun Kəpənəkçi kəndində yerləşən şəhid Sərdar Kərimov adına tam orta məktəbdir.

Lent.az xəbər verir ki, hazırda sözügedən şəraitsiz, uçuq-sökük məktəbdə 165 şagird təhsil alır. 

İlk baxışda qorxu filmlərini xatırladan bu təhlükəli binada yayda böyük çatlardan və idman zalındakı torpaq döşəmədən ilanlar çıxır. 

Sakinlər iddia edirlər ki, isti havalarda ilanın qorxusundan, qışda isə qar-çovğunun əlindən uşaqlar dərsə gedə bilmirlər.

Dəhlizdə və bəzi sinif otaqlarında pəncərələr yoxdur. Yağan yağış da, qar da məktəbin içinə yağır.

Maraqlıdır, görəsən, hələ də bu məktəb niyə təmir olunmayıb?

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət ünvanlanıb.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov açıqlamasında bildirib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təmir və ya məktəb inşası mərhələli şəkildə aparılır. 

Onun sözlərinə görə, ilk olaraq ən böyük və daha qəzalı vəziyyətdə olan məktəblərin bərpası plana salınır:

“Sözügedən kənd məktəbi isə sökülərək yenidən tikintisi nəzərdə tutulur”.

Poliqon.info 


Etiket: Məktəb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar