Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilqəmlə Şahbaz hələ Şuşada saxlanılır

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev hazırda Şuşa həbsxanasında saxlanılırlar.

Bu barədə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

K.Əsgərov mütəmadi olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları ilə əlaqədə olduğunu deyib:

“Hər gün Komitənin əməkdaşı ilə danışıram. Mənə bildirirlər ki, vəziyyətləri stabildir. Saxlanma yerləri də əvvəlki yerdir. Amma yerin adını çəkmirlər. Biz bildiyimiz qədərilə atam Şuşadakı həbsxanadadır. Müharibə zonasına daxil olan ərazidə olduğundan atamdan çox nigaranam. Komitə rəsmiləri həmçinin bildirirlər ki, atamgilin təhlükəsizliyi təmin edilir”.

Girov oğlu əsir və girovların dəyişdirilməsi zamanı atasıgilin də azad olunacağına ümid etdiyini bildirib:

“Amma Komitə tərəfindən mənə dedilər ki, hələlik belə məsələ müzakirə edilmir”.

Tovuz döyüşlərindən sonra könüllü olaraq, orduya yazılan girov oğlu Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən çağırış gözlədiyini deyib: “27 sentyabrda - II Qarabağ müharibəsi başlayanda Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən zəng etdilər və məni qeydiyyata aldılar. Nə vaxt çağırsalar, orduda xidmətə hazıram. Hamımız Azərbaycanın azadlığı üçün əlimizdən nə gəlirsə edəcəyik”.(Modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar