Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilqəm Əsgərov: “Şuşa həbsxanasında azərbaycanca kitablar qalmışdı” - Foto

Şuşa həbsxanasında azərbaycanlılardan qalmış kitablar bir yerə yığılmışdı. Beynəlxalq Qırmızı Xaç Komitəsi yanıma gələndən sonra onlara deyirdim, həmin kitablardan mənə oxumağa verirdilər”.

Bunu Oxu.Az-a açıqlamasında erməni girovluğundan yenicə qayıtmış Dilqəm Əsgərov bildirib.

O, əsirlikdə olarkən Şuşa həbsxanasında kirilcə yazılmış Azərbaycan dilində kitabların olduğunu görüb və onu götürüb oxuyub:

Ermənistanın ombudsmanı Larisa Allahverdyanla da bu barədə çoxlu mübahisəm olub. Ona da demişəm ki, siz yalan danışırsınız, Artsax dövləti olmayıb. Həmin bu kitabda da bu var. Bundan sonra üzərimdə axtarış etdilər. Mən bilirdim ki, axtarılacağam. O kitabdan iki səhifəni cırıb turbanın üstündə gizlətmişdim. Ona görə bunu tapa bilmədilər. Bakıya gələndə də bunu mənə yazılan məktubların arasına soxub özümlə gətirdim”.

O bildirib ki, iki il evə məktub yazmaqdan imtina edib:

“Mən məktub yazanda ünvan kimi Şuşa göstərirdim. Ermənilər bunu Şuşi edirdi. Sonradan buna görə iki il məktub yazmadım”.

Dilqəm Əsgərov bundan sonra hansı işlə məşğul olacağı ilə bağlı sualı cavablandırıb:

“Hazırda heç bir işlə məşğul olmuram. Şəmkirdə heyvanlarımıza baxıram (gülür). Doğulduğum Kəlbəcərin Şaplar kəndinə nə vaxt gedəcəyəm? İnşallah, yollar düzəlsin, qısa vaxtda kəndimizə dövlət xətti ilə getmək istəyirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar