“Addımlardan, qınaqdan çəkinirəm. Hansısa bir dəyişiklik etsəm, top-tüfəngə tutacaqlar”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov “ATV maqazin onlarla” verilişində deyib.
Sənətçi bildirib ki, imicində dəyişikliklər edəcək:
“Mənə tənbəl, yatağan deyirlər. Görəsən, 250 mahnını kim oxuyub, yazıb? Məndən nə istəyirlər? Bundan sonra gözümə heç kim görsənməyəcək. Hələ Azərbaycan ənənəsinə uyğun davranıram. Bir azdan "avropalaşacam". Hamı deyəcək ki, heyif bu uşaqdan. Saçlarımı uzadıram. Partlayış bir şey etməliyəm, sıradan olmayacaq".
Ramal türkiyəli ifaçı Tarkana yazdığı mahnının aqibətindən danışıb:
"Nə vaxtsa Tarkan mahnını oxuyacaq. Bəstəmi eşidəndə dedi ki, mənə sənin kimi musiqimi lazımdır. Şərt kəsdi ki, mənə yazdığın mahnını anan-atan belə eşitməməlidir".
pia.az