Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərslər başlayanda metroda sıxlıq yaranmaması üçün hansı tədbirlər görüləcək? – Rəsmi

Sentyabrın 15-dən etibarən Bakıda metro stansiyalarında sərnişin sayının artacağı təqdirdə qatarlar arasındakı interval pandemiya qaydalarına uyğun tənzimlənə bilər.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda metropolitendə sıxlıq müşahidə olunmur. Bu həm pandemiya dövründə sərnişin sayında azalma ilə əlaqədardır, həm də mövsümi xarakterlidir.

Pandemiyadan əvvəl sentyabr ayında yeni tədris mövsümünün başlanması ilə əlaqədar metropoliten ənənə üzrə ayın ortalarında qış qrafikinin tətbiqinə keçirdi. Metropolitenin texniki imkanlarına görə pik saatlarda “Həzi Aslanov-28 May” istiqamətində qatarlararası interval 2 dəqiqə təşkil edib. Məlumdur ki, iki xətt bu stansiyada nəinki kəsişir, hətta birləşir. Deməli, avtomatik olaraq, bu stansiyadan başlayaraq, xətlər ayrıldığından sonrakı iki istiqamət üzrə - “Dərnəgül” və “İçərişəhər" istiqamətində qatarlar iki dəfə çox, 4 dəqiqəlik intervalla hərəkət edir.
Bunları nəzərə alaraq, Bakı metropoliteninin texniki cəhətdən daha az interval prinsiplərini tətbiq etməsi mümkün olmur. Bunun üçün xətlər mütləq ayrılmalıdır və bu da, bildiyiniz kimi, hazırda Bakı metropoliteni üçün prioritet vəzifələrdən biri kimi diqqətdə saxlanılır.

Lakin digər məsələlərlə əlaqədar metropoliten fəaliyyətini mütləq şəkildə Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, metodiki tövsiyələrə əsasən qurur, müvafiq müzakirələr apararaq fəaliyyətini tənzimləyir. İstənilən halda gücləndirilmiş iş rejimi şəraiti davam etdiriləcək”.

Qurum rəsmisi bildirib ki, sentyabrın ilk ongünlüyündən sərnişin sayında qismən artım gözlənilir: “Metropoliten hazırda bu vəziyyəti diqqət mərkəzində saxlayarır, günlər deyil, hətta günün müxtəlif saatlarında sərnişin sıxlığı və axın istiqmətlərinə xüsusi diqqət yetirir və vəziyyəti təhlil edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay