Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Conson Ukraynaya ayrıca yardım qanun layihəsini səsverməyə təqdim edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bu həftə Ukrayna, İsrail və Tayvana ayrı-ayrı yardım qanun layihələrini səsverməyə çıxarmağı planlaşdırdığını bildirib...

Poliqon CNN telekanalına istinadən bildiri ki, Ağ Ev bu tədbirlərin bir sənəddə birləşdirilməsini təklif edib.

Mayk Conson X sosial mediada xəbər verdiyi kimi, planlarını Respublikaçılar Partiyası ilə müzakirə edib. Söhbət nəticəsində qərara alınıb ki, bu həftə İsrail, Ukrayna, Hind-Sakit Okean regionundakı müttəfiqləri, habelə milli təhlükəsizliyin gücləndirilməsi tədbirlərini maliyyələşdirmək üçün “strukturlaşdırılmış və əsaslandırılmış düzəlişlərlə ayrıca qanun layihələri” nəzərdən keçiriləcək.

Mənbələr The Hill və Politico-ya bildiriblər Mayk Conson planını aprelin 15-də Respublikaçıların kokusunda təqdim edib. O, hər dörd qanun layihəsinə ayrıca baxılmasını təklif edib. Dördüncü milli təhlükəsizlik qanun layihəsi, medianın məlumatına görə, Tik Tok sosial şəbəkəsinə qoyulan qadağa, hərbi yardım üçün Lend-Lease və rus iş adamlarının müsadirə edilmiş aktivlərinə aiddir.

Xatırladaq ki, ABŞ Konqresində 2023-cü ilin oktyabrından Ukraynaya vəsait ayrılmasına dair qanun layihəsi müzakirə olunur. Fevralın 13-də Senat Ukrayna, İsrail və Tayvana 95 milyard dollardan çox yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib (bunun 60 milyard dollarından çoxu Kiyevə ayrılacaq). Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar, yardımların ayrıca nəzərdən keçirilməli olduğunu təkid ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

İsrail Qəzzada HƏMAS bölmələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Ən çox oxunanalar