Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Coğrafiya İnstitutu: Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyəti çox pis haldadır

Coğrafiya İnstitutu elmi seminarının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu elmi seminarının növbəti iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, dosent Zabit Allahverdiyev Qızılağac körfəzində çöl tədqiqat işlərinin nəticələri barəsində məlumat verib.

O bildirib ki, Kiçik və Böyük Qızılağac körfəzlərində əvvəlcədən təyin edilmiş nöqtələrdə dərinlik üzrə ölçmə işləri aparılıb, səth suyundan və dib çöküntülərindən nümunələr götürülüb, axın sürətinin, səth suyunun və havanın temperaturu ölçülüb, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq keçən) hazırkı vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumatlar toplanıb: “Aparılan müşahidələr göstərir ki, antropogen təsirlər nəticəsində Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyəti çox pis hala düşüb, sahil zonaları plastik və digər tullantılarla zibilləndirilib. Dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xətti 100-200 m məsafədə formalaşıb. Materiklə adanı birləşdirən bənd, Kiçik Qızılağacla dənizi birləşdirən qəza kanalı və balıqların kiçik körfəzdə kürü tökməsi üçün istıfadə olunan kanal yaxşı və işlək vəziyyətdədir. Qızılağac körfəzi ərazisində havanın çoxillik temperaturu (1991-2016-cı illər üçün) (14,8 dərəcə) normadan (1961-1990-cı illər) (14,1 dərəcə) 0,7 dərəcə çoxdur. Ərazidə yağıntıların artması müşahidə edilir. Belə ki, norma 1067 olduğu halda 1991-2016-cı illərdə atmosfer çöküntülərinin orta illik göstəricisi normadan (1115 mm) çox müşahədə edilib”.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ən çox oxunanalar