Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb - Foto

13 noyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində Krallığın Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüşdə tərəflər Azərbaycan və Mərakeş arasında ikitərəfli, habelə çoxtərəfli platformalarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq perpektivləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

İkitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək yüksək qiymətləndirilib.

Hörmət və etimada əsaslanan parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi əminliklə qeyd olunub, bu xüsusda qarşılıqlı yüksək səviyyəli səfər mübadilələrinin əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında ikitərəfli qanunvericilik bazasının inkişafının, səfər çərçivəsində iki ölkə arasında enerji, logistika, ətraf mühit və digər istiqamətlərdə imzalanmış müqavilələrin ikitərəflü münasibətlərə müsbət töhfə verəcəyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın uzun illər ərzində ölkəmizin ərazilərini işğal altında saxlaması, post-münaqişə dövründə bölgədə vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

“Neftçi” legioner futbolçusu ilə yollarını ayırıb

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

Ən çox oxunanalar