Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmil Həsənli Leyla Yunusun qaynına cavab verdi - Yenilənib


Həbsdə olan konfliktoloq Arif Yunusun ABŞ-da mühacirətdə olan qardaşı Ramis Yunus bəyanatla çıxış edib


SDİ-nin direktoru ilə bağlı ayrıca Müdafiə Komitəsi yaradılmayacaq

Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan Arif Yunusun qardaşı, ABŞ-da yaşayan Ramis Yunus müraciət yayaraq, qardaşımın və onun həyat yoldaşı Leyla Yunusun müdafiə komitəsinə Milli Şuranın sədri Cəmil Həsənlinin rəhbərlik etməsini istəyib. Cəmil Həsənli "Azadlıq" qəzetinin elektron poçtuna göndərdiyi məktubla Ramis Yunusun çağırışına cavab verib.

C.Həsənli bildirib ki, göstərdiyi bu etimada görə Ramis bəyə təşəkkür edir. Amma onu da vurğulayıb ki, həbsə alınanlar çoxdur: "Biz Leyla xanımın həbsindən sonra onun ofisində keçirdiyimiz toplantıda məsələni belə qoyduq ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan Leyla xanımla yanaşı hakimiyyətin repressiyalarına məruz qalmış bütün vətəndaş cəmiyyəti təmsilçilərini, vicdan məhbuslarını, siyasi mülahizələrlə həbs edilən bütün şəxsləri müdafiə etməyi özümüzə borc bilirik.

Şübhəsiz ki, Leyla xanımın qadın olması, cəmiyyət qarşında müstəsna xidmətləri, səhhətindəki problemlər ona daha çox diqqət ayırmağı tələb edir. Biz bunu nəzərə almalıyıq və alırıq da. Amma Leyla xanım nə Rəsul bəyin, İntiqam bəyin, Arif bəyin, Anar bəyin, İlqar bəyin, Tofiq bəyin, Yadigar bəyin, Pərviz bəyin, Qurban bəyin, Tale bəyin, bizim NİDA-çı dostlarımızın və nə də adını çəkmədiyim onlarla siyasi məhbusun müdafiəsini öz müdafiəsindən kənar düşünmürdü... Ona görə biz bu komitəni repressiya qurbanlarının hamısına aid edirik və Leyla xanım başda olmaqla onları müdafiə istiqamətində qanun daxilində görə biləcəyimiz hər şeyi etməyə qərarlıyıq".

C.Həsənli sonda onu da vurğulayıb ki, əgər kiminsə bu istiqamətdə fərqli yanaşması varsa, ona da hörmətlə yanaşırlar.


Ramis Yunusun bəyanatında bildirilir ki, həbs olunan ailə üzvləri Arif və Leyla Yunusu müdafiə edənlərə təşəkkür edir: "Ailəmizin adından onlara dəstək olan bütün dostlarıma, jurnalistlərə, bloggerlərə, siyasilərə və başqa təbəqələrdən olan minlərlə namuslu və vicdanli insanlara öz təşşəkkürümü bildirirəm. Bununla yanaşı hamınızdan bircə xahişim var: çalışın bu məsələdə bir mərkəzdən hərəkət edin, ayrı-seckiliyə yol verməyin. Necə ki, Leyla xanım öz mübarizəsində hec vaxt ayri-seckilik etməmişdi və haqsız olanların hamısını müdafiə etmişdi. Məhz buna görə də bu missiyani, yəni Leyla və Arif Yunusun müdafiə komitəsinin rəhbərliyi, ailəmizin adından mənim yaxın və etibar elədiyim dostum, görkəmli ziyalımız Çəmil Həsənliyə həvalə edirəm".

Bəyanat bu fikirlərlə bitir: "Xahiş edirəm, Çəmil bəy, bu məsələdə aqsaqqalliq edin və bütün Leyla xanıma və Arif bəyə hörmət edənləri bir araya gətirin. Bu birinci növbədə zindandakılara qarşı cox düz olar".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar