Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavanşir Quliyevin əziyyət çəkdiyi nadir xəstəlik: Azərbaycanda iki nəfərdə var

Bu gün ölüm xəbəri yayılan, lakin Türkiyədə müalicədə olan bəstəkar Cavanşir Quliyev bir neçə ildir nadir xəstəliklərin birindən müalicə alır...

Son zamanlar aparılan müalicə və steroid dərmanların təsirindən üzü və bədəni şişən bəstəkar müsahibələrində nadir autoimmun xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi. “Medicina” xəbər verir ki, Cavanşir Quliyev dəqiq diaqnozunun adını heç vaxt açıqlamayıb.

“Mənim bir xəstəliyim var: ağır və üzdə görünən xəstəlik deyil, amma onu boş buraxsan, adamı öldürər.

Autoimmun xəstəliklərdəndir. Beş milyon adamdan birində aşkarlanır. Azərbaycanda iki nəfərdə var.

Belə xəstələrdə bədəndəki maye qabarcıqlar şəklində müxtəlif yerlərdən çıxır. Müalicə ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür. Bunun üçün bir dərman var, ömürboyu qəbul etmək lazımdır. Çox güclü dərmandır, əks-təsirləri də olur”.

Autoimmun xəstəliklər immun sistemin funksiyasının pozulması və öz-özünə düşmən kəsilməsidir. Bu zaman hansısa orqanda, toxumada hüceyrələr özü-özünə hücum edib, həmin orqanı məhv etməyə başlayır. Yəni immun sistemin özünü tanıma proqramı pozulur.

Sistem xəstəliklər başlayır, çünki zamanla digər orqan və toxumaların da zədələnməsi baş verir.

Hansı xəstəliklər autoimmun hesab edilir.

- Revmatoid artrit

- Sklerodermiya

- Sistem qırmızı qurd eşənəyi

- Vaskulitlər

- Şeqren sindromu

- Sarkoidoz

Və bir neçə nadir rast gəlinən xəstəliklər.

Autoimmun xəstəliklərin dəqiq səbəbi məlum deyil. İrsi olaraq keçə bilir, iltihabi xəstəliklər, viruslar, stress və immunitetin özəlliyindən qaynaqlana bilir.

Məsələn, çox insanlarda müharibədən, eləcə də pandemiya və COVİD-19-dan sonra baş qaldırıb. 100% müalicəsi yoxdur.

Görünür xəstəlik Cavanşir Quliyevdə əsas orqanları zədələyib və onun ürəyi, böyrəyi, beyni əməliyyat oluna bilər.

Autoimmun xəstəliklərin cərrahi müalicəsi yoxdur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar