Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün hava proqnozu



Yağıntılı və dumanlı hava şəraiti davam edəcək


Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir 15-18 m/s-yə çatacaq. 

Havanın temperaturunun gecə 1-4° isti, gündüz 5-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 28-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli düşməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Yanvarın 29-30-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən, əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Axşama doğru havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Temperaturun gecə 3-8° şaxta, gündüz 5-9° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Axşama saatlarında havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam saatlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında səhər saatlarında duman olacaq. Gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 4-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - Video

Ən çox oxunanalar