Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ay müəllimlərin maaşı artacaq



Prezident İlham Əliyevin Bakıdakı dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında sərəncamından xeyli vaxt ötür


Məvaciblərin nə qədər artacağından xəbərsiz olan müəllimlər maaş alacaqları günü səbirsizliklə gözləyirlər. Bəziləri isə ümumiyyətlə sərəncamın icra olunacağına inanmırlar. 

PİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Arzu Tairquliyeva Modern.az saytının sorğusunu cavablandırıb və bildirib ki, artıq müəllimlərin maaşlarının artımı hesablanır: “Ölkə başçısının sərəncamına əsasən, ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib.

Bu qərara uyğun olaraq müəllimlər mart ayının maaşı ilə yanaşı, 1 yanvar 2015-ci il tarixdən artımla bağlı olan fərqi də alacaqlar. Artıq hesablamalar aparılır”.

2015-ci il yanvar ayının 16-da prezident sərəncamına əsasən, Nazirlər Kabinetinə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasınün 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması tapşırılıb. Bu sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, maaşları artan müəllimlər Bakıda təxminən 30 min nəfər təşkil edir. 

Sərəncamdan sonra çoxları elə bilirdi ki, müəllimin hazırda aldığı maaş 2-yə vurulacaq. Ancaq əslində bu, belə olmayacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən açıqlamada deyilir ki, sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb, Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. 

Yeni norma tətbiq ediləndən sonra, müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35 faiz artacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar